Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi - Aəzrbaycanda şok hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada işlətdiyi obyektdə qadınları fahişəliyə cəlb edən və onların müxtəlif şəxslərlə pul qarşılığında intim münasimətdə olmasını təşkil edən qadın iş adamı haqqında açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

PİA.az publika.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə 1963-cü il təvəllüdlü, ali təhsilli Züleyxa Orucova (ad şərtidir) barəsində Cinayət Məcəlləsinin 144 (insan alveri), 243 (fahişəliyə cəlb etmə), 244-cü(əxlaqsız yuvası saxlama) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesində bir çox iddialar səslənidirilib.

Təqsirləndirilən iş adamı, obyektin sahibi Z.Orucova ona şər atıldığını, polisə pul vermədiyi üçün ona tələ qurulduğunu bildirib. O, ifadə verərkən özünü təqsirli bilməyərək deyib ki, bəzi qüvvələr ona qəsdən cinayət işi açdırıblar:

“Əvvəllər Quba rayon nəqliyyat müəssisəsində işləmişəm, sonda həmin idarə səhmdar cəmiyyət oldu. 2003-cü ildə bölgü olduğu üçün həmin dövrdə olan müdriyyət tərəfindən Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən və hazırda “Tamerlan” kafesi adı altında işlətdiyim obyekt mənə 99 illik müqavilə əsasında verilib. Sonralar yeni müdiyyət gəldi və həmin obyekti mənim əlimdən almaq üçün müxtəlif cəhdlər etdilər və məni şərləyərək həbs etdirdilər. Hazırki iş üzrə də mənim Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunmağım həmin obyektin əlimdən alınması üçün qurulmuş işdir. 22 fevral 2019-cu il tarixə keçən gecə Özbəkistan vətəndaşı olan Maftunahon mənim kafemdə işləyən Gulchehra adlı qızın yanına gəlmişdi. 23 fevral 2019-cu il tarixdə o, kafeyə gələndə Maftunahonı orada görüb kim olduğunu soruşdüm, Gulchehra da həmin qızın onun rəfiqəsi olduğunu və Bakı şəhərində sevgilisi tərəfindən döyüldüyü üçün onun yanına gəlməsini bildirdi. Mən əvvəlcə Maftunahonın kafedə qalmasına etiraz etdim, lakin Gulchehra bildirdi ki, Maftunahon kafedə 1 gün qalıb gedəcək. Mən heç vaxt Maftunahonu cinsi istismara məruz qoymamışam. 24 fevral 2019-cu il tarixdə gecə saatlarında Elmar adlı şəxs gələrək Maftunahonu mənim tərəfimdən kafedə saxlamasını bildirdi. Mən Elmara kafedən çıxıb getməsini bildirəndən sonra Quba rayon polis şöbəsinin əməkdaşları kafeyə gələrək guya mənim Maftunahonu orada girov kimi saxlamağımı bildirib, bizi polis şöbəsinə apardılır. Quba rayon polis şöbəsində məni və oğlumu ayrı otaqlara salıb döydülülər və bildirdilər ki, guya oğlum polis əməkdaşının paqonunu çırıb. Quba rayon polis şöəsinin əməkdaşları tərəfindən kafedə işləyən Fərqanə və Ülviyyə Qəçrəş kəndikdə “Su Səsi” otelində 5 gün saxlanılıb və həmin qızları polislər döyərək deyiblər ki, “siz, Züleyxaya qarşı yalan ifadələr verin, biz də ondan 40.000 manat pul alacağıq, həmin puldan da sizə 10.000 manat verəcəyik”. Bu barədə Fərqanə və Ülviyyə telefonda mənə bildirdilər və dedilər ki, polislər onlara müxtəlif təzyiqlər edərək mənə qarşı ifadələr verməyə məcbur edirlər. Ülviyyə ilə bu mövzuda olan danışığı telefona qeyd edib yazmışam. Mən nə Fərqanəni, nə də Maftunahonu cinsi istismara məruz qoymamışam. Maftunahonun qaldığı otağın açarı işçilərin hamısında olub. Mən heç bir zaman kafedə əxlaqsızlığa yol verməmişəm. Maftunahon yalan ifadə verib, mənə qarşı ifadə verən qadınlar hamısı mənə şər atıblar”.

Məhkəmədə ifadə verən qadınlar kafenin arxa hissəsində masaj otağının olduğunu və kafe sahibi Züleyxanın təşkilatçılığı ilə orada müştəriləri 10 manat qarşılığında masaj etdiklərini, həmçinin 30-40 manat qarşılığında cinsi əlaqədə olduqlarını bildiriblər. Bu xidmətlərdən əldə edilən pulun yarısı kafe sahibinə, yarısı da oradakı qadınlara verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar