Cümə, 13 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dövlət zəmanəti ilə əldə olunan borclar niyə şəffaf deyil?

Dövlət zəmanəti ilə götürülən kreditlər Milli Məclisə təqdim edilsə, dövlət borcları ilə bağlı mənzərə necə görünər?...

İqtisadçı-ekspert: “Dövlət zəmanəti ilə götürülmüş kredit proseslərinin özü şəffaf deyil”

Milli Məclis dövlət vəsaitlərinin xərclənməsi istiqamətində nəzarəti həyata keçirən qurumlardan biridir. Bu məlunatların da lazımı səviyyədə Milli Məclisə təqdim olunması və yaxud da bunun tələb olunması başa düşüləndir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov dövlət zəmanəti ilə götürülən kredit müqavilələrinin Milli Məclisə təqdim olunması təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Qüdrət Həsənquliyev dünən 2020-ci ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında bildirib ki, dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır.

Onun sözlərinə görə, dəfələrlə ölkə başçısı bildirib ki, büdcə vəsaitləri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir.

“Millət vəkilləri bu məsələdə Prezidentə kömək etmək imkanına malik deyillər. Çünki “Büdcə sistemi haqqında” qanuna zidd olaraq, dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib. Ona görə də bizim neçə obyektin tikiləcəyi barədə, hansı obyektin tikintisinə nə qədər vəsaitin ayrılacağı barədə ən kiçik məlumatımız belə yoxdur. Bilirik ki, götürülən kreditlər əsasən, tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır. Çünki biz o pulları büdcədən qaytarırıq”, - deyə deputat bildirib.

Niyə dövlət zəmanəti ilə əldə olunanan borclar şəffaf deyil və bu məsələdə şəffalığın yaranmasına qarşı olan hansı faktorlar var? Həmçinin dövlət zəmanəti ilə götürülən kreditlər Milli Məclisə təqdim edilsə, dövlət borcları ilə bağlı mənzərə necə görünər?

Mövzi ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Rəşad Həsənov: “İctimai vəsaitlərdən istifadə qaydası bütün sferalarda şəffaf olmadığı üçün məhz dövlət zəmaəti ilə götürülən kreditlər də son nəticədə ictimai vəsaitlər kateqoriyasına daxil olur”.

Qanunvericiliklə dövlət zəmanəti ilə götürülən kreditlərin xərclənməsinə nəzarət mexanizminin olduğunu nəzərə çatdıran iqtisafçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, sadəcə olaraq bu mexanizm işlək deyil və istifadə edilmir:

Azərbaycanda qanunvericiliklə Hesablama Palatası fəaliyyət göstərir. Hesablama Palatası müstəqil qurum olsa da, Milli Məclis tərəfindən təsis olunmuş qurumdur və Milli Məclis qarşısında hesabatlıdır.

Dövlət zəmanəti ilə götürülmüş kreditlərin xərclənməsi, istifadəsi ictimai vəsaitlərin istifadəsi kateqoriyasına aiddir. Bu kateqoriya daxilində Hesablama Palatasının nəzarət, auidit predmetinə daxil olur. Yəni bu da o deməkdir ki, əslində Hesablama Palatası layihələr üzərində auditləri həyata keçirdərək son nəticədə Milli Məclisə hesabatı ötürür.

Hesablama Palatasının bu prosesləri tam əhatə edə bilməməsi və yaxud da lazımı məlumatları Milli Məclisə verə bilməməsi məsələnin başqa tərəfidir. Amma qanunvericiliklə bu vəsaitlərin xərclənməsinə nəzarət mexanizmi var. Sadəcə olaraq bu mexanizm işlək deyil və istifadə etmirlər.

Rəşad Həsənov: “Dövlət zəmanəti ilə verilən kreditlər müəyyən hallarda digərləri ilə müqayisədə daha şəffaf olur”.

İstənilən halda təbii ki, Milli Məclis dövlət vəsaitlərinin xərclənməsi istiqamətində nəzarəti həyata keçirən qurumlardan biridir. Bu məlunatların da lazımı səviyyədə Milli Məclisə təqdim olunması və yaxud da bunun tələb olunması başa düşüləndir.

Ümumiyyətlə dövlət zəmanəti ilə götürülmüş kredit proseslərinin özü şəffaf deyil. İctimai vəsaitlərdən istifadə qaydası bütün sferalarda şəffaf olmadığı üçün məhz dövlət zəmanti ilə götürülən kreditlər də son nəticədə ictimai vəsaitlər kateqoriyasına daxil olur. Yəni mövcud ənənələrə uyğun olaraq istifadə olunur.

Hətta dövlət zəmanəti ilə verilən kreditlər müəyyən hallarda digərləri ilə müqayisədə daha şəffaf olur. Çünki bu vəsaitləri, kreditləri verən qurumlar əksər hallarda çox ciddi çalışırlar ki, prosesə nəzarət etsinlər. Amma Azərbaycan şərtləri daxilində bunu tam etmək mümkün deyil. Buna görə də digər sahələrdə necədirsə, zəmanətlə götürülmüş kreditlərin xərclənməsi də eyni qaydadadır. Burada qeyri-adi yanaşma görmürəm və müşahidə etmirəm”.

Nərminə UMUDLU
pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar