Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət xəstəxanaları publik hüquqi şəxsə çevrillir

Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə keçirilirlər...

“Bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot rayonlardakı xəstəxanalar da tam 100 faiz olmasa belə, əksəriyyəti özlərini müstəqil idarə edə bilirlər”.

PİA.az “Report”a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev “Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb: “Bu gün Mingəçevir Şəhər Xəstəxanası gün ərzində 2000-ə yaxın xəstə qəbul edir. Bu o deməkdir ki, onlar artıq maliyyə baryeri olmadığı üçün xəstəxanaya müraciət edə bilirlər. Digər tərəfdən bunun mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar. Bu praktika isə bütün dünya ölkələrində var”.

Z.Əliyev əlavə edib ki, 2020-ci ilin yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq: “Əsas informasiya texnologiyalarının qurulması istiqamətində işlər aparılıb. İnanırıq ki, bu ilin sonuna qədər bütün xəstəxanalarda xəstəxana idarəçilik sistemi qurulacaq, məlumatlar elektron şəkildə mübadilə edilərək bizim sistemə inteqrasiya olunacaq. Yəqin ki, ilk dövrlərdə xəstəxana informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər də asan olmayacaq. Çünki bəzi xəstəxanalar buna tam öyrəşməyiblər. Ancaq qeydiyyat və digər əsas modullar işlək vəziyyətdə olacaq”.

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə keçirilirlər: “Bu ilin sonuna proses bitəcək. Bəzən deyirlər ki, xəstəxanalar publik hüquqi şəxsə çevrildikdə tibbi xidmətlər pullu olacaq. Bu səhv yanaşmadı. Bu o demək deyil ki, publik hüquqi şəxsə keçən xəstəxana pullu xidmətə keçir. Xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir ki, bununla maliyyə resurslarını rahat idarə edə, həm də agentlikdən və digər qurumlardan vəsait qəbul edə bilsinlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar