Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət universitetlərində ödənişli əsaslarla təhsil olmamalıdır” - Ekspertdən nazirin açıqlamasına cavab

Təhsil naziri ali təhsil almaq hüququnu yalnız yuxarı təbəqədən olan insanlara aid edir?..

Təhsil eksperti: “Dövlət universitetlərinin təhsili ödənişli etməsi doğru yanaşma deyil. Əgər dövlət universitetləri təhsili ödənişli edirsə, bu zaman təhsil haqqı da əlçatan olmalıdır”.

“Hər bir ali təhsil müəssisəsində təhsil haqqı ilə bağlı vahid tarif olmalıdır. Hər universitetdə qiymət eyni şəkildə olsa, daha məqsədəuyğun olar”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Təhsil nazirinin təhsil haqqları ilə bağlı dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı bildirib ki, ölkədə təhsil haqqı xeyli aşağıdır. Nazir qeyd edib ki, bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha aşağıdır.

Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsini və onların hamısının dövlət tərəfindən ödənilməsini təklif edildiyinə diqqət çəkən nazir bildirib ki, əgər həmin sistemə keçilsə, bu rəqabət şəraitindən imtina etmək anlamına gələcək. Onun sözlərinə görə, bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır.

Nazir əlavə edib ki, hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Emin Əmrullayevə görə bu, o deməkdir ki, Azərbaycanda təhsil haqqı problemi yoxdur.

Məlumdur ki, təhsil haqqı nə qədər aşağı olsa, bu zaman daha çox kasıb ailənin övladına təhsil vermək imkanı olar. Amma görünür ki, naziri ali təhsil almaq hüququnu yalnız yuxarı təbəqədən olan insanlara aid edir. Nazirin belə fikirlər səsləndirməsi nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Dövlət universitetlərində təhsil ancaq pulsuz olmalıdır”.

İndiki vəziyyət üçün 2500-3000 manat təhsil haqqınım normal təhsil haqqı olmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, təhsil haqqı ən çox 2000 manat civarında müəyyən oluna bilər. Təhsil haqqının 2000-in üzərində olması istənilən halda vəziyyəti qəlizləşdirir:

“Nazirin belə bir fikir söyləməsi doğru yanaşma deyil. Azərbaycan yeraltı sərvətlərlə zəngin olan ölkədir. Ölkəmizdə neft, qaz, qızıl və s. sərvətlər var. Bu qədər bolluğun içərisində ümumiyyətlə ölkədə ödənişli əsaslarla ali təhsil olmalı deyil. Yəni dövlət universitetlərində ödənişli əsaslarla təhsil olmamalıdır. Özəl universitetlər isə ödənişli əsaslarla təhsil verə bilərlər. Özəl universitetlər rəqabət aparmaq üçün keyfiyyətli təhsil də təklif edə bilər.

Dövlət universitetlərinin təhsili ödənişli etməsi doğru yanaşma deyil. Əgər dövlət universitetləri təhsili ödənişli edirsə, bu zaman təhsil haqqı da əlçatan olmalıdır. İndiki vəziyyət üçün dövlət universitetlərində 2500-3000 manat təhsil haqqı normal təhsil haqqı deyil. Təhsil haqqı ən çox 2000 manat civarında müəyyən oluna bilər. Təhsil haqqının 2000-in üzərində olması istənilən halda vəziyyəti qəlizləşdirir. 2000 manatı da iki dəfəyə ödəməyə imkan verilməlidir ki, vəziyyətdən çıxış yolu olsun.

Təhsil nazirinin rayonlarda təhsil haqqının az olması fikiri ilə razıyam. Çünki Mingəçevirdə, Gəncədə, Lənkəranda təhsil haqqı 1300-1500 manat civarındadır. Amma bu da Bakıda təhsil haqqının baha olmasına rəvac vermir. Hər bir ali təhsil müəssisəsində təhsil haqqı ilə bağlı vahid tarif olmalıdır. Hər universitetdə qiymət eyni şəkildə olsa, daha məqsədəuyğun olar. Məsələn regionda təhsil haqqı 800 manat olanda, Bakıda 1000 manat olmalıdır. Təhsil haqqını bu cür cuzi fərqlə müəyyən etmək daha yaxşı olardı.

Bir daha qeyd edim ki, ən yaxşısı dövlət universitetlərində ödənişli əsaslarla təhsilin olmamasıdır. Dövlət universitetlərində təhsil ancaq pulsuz olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar