Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət terroru beynəlxalq siyasətin tərkib hissəsidir? – Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın şərhi

Təhlükəsizlik eksperti: “Atom bombasının varlığı dünya müharibələrinin qarşısını alan faktordur”

“Skripalların zəhərlənməsi, Qaşıqçının qətlə yetirilməsi kimi hadisələr, o cümlədən bəzi ölkələrin atom bombası yaratmağının qarşısını almaq üçün mütəxəssis alimlərinin aradan götürülməsi yaxın tariximizin nümunələridir və bunlar nə ilkdir, nə də son”.

Bu sözləri sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son zamanlar müxtəlif ölkələrin müxtəlif dövlətlərin kəşfiyyat qurumlarının terror əməliyyatları keçirmələri ilə bağlı artmaqda olan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar müxtəlif ölkələrin müxtəlif ölkələrdə terror əməliyyatları keçirmələri ilə bağlı xəbərlər artmaqdadır. Buna misal olaraq Skripal və Qaşıqçı hadisələrini göstərmək olar. Rusiyanın Suriyaya S-300 raketləri yerləşdirməsindən sonra isə “Mossad”ın Suriya hərbi kəşfiyyatının və raket alimlərinin “ov”una çıxdığı və artıq dünyanln bir çox şəhərlərində suriyalıların öldürüldüyü bildirilir.

Kəşfiyyat qurumlarının birbaşa terrorla məşğul olmalarını beynəlxalq siyasətin tərkib hissəsi kimi qəbul etmək mümkündürmü? Və bu zaman misal üçün İŞİD və yaxd da Əl-Qaidə terroru ilə dövlət qurumu olan kəşfiyyat orqanın həyata keçirdiyi terror arasında hansı fərq var?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhlükəsizlik üzrə ekspert İlham İsmayıla müraciət edib.

İlham İsmayıl: “Dinc əhaliyə qarşı törədilən terror hadisələrini daha çox terror təşkilatları keçirir, amma bəzən bir dövlət başqa dövlətə təzyiq etmək məqsədilə terror təkilatlarından da istifadə edə bilirlər”.

Qeyd olunan təşkilatlar daha çox dinc əhalini hədəf götürməklə konkret bir ölkəyə, onun apardığı siyasətə təzyiq etmək istədiklərini vurğulayan təhlükəsizlik üzrə ekspert əlavə edib ki, Türkiyə hədəf olaraq belə ölkələrdən biridir. İki il bundan əvvəl Türkiyədə ard-ardına dinc əhaliyə qarşı törədilən terrorda da başqa ölkələrin əli olduğu dolayısı ilə məlum idi:

“Kəşfiyyat qurumlarının terror törətməsi yenilik deyil. Rejimlərin xarakterindən asılı olmayaraq dövlət üçün, bəzən isə hakimiyyət üçün təhlükəli ola bilən hədəflər ortaya çıxır. Bu hədəf fərd olaraq bir nəfər də olur, bir neçə yüz insan da, bütün bir obyekt də. Əsasən isə kəşfiyyat qurumları adətən fərdləri hədəf seçir. Tarixən şahların, kralların hətta onlara asi düşən doğmalarını da sığındığı yerdə qətlə yetirməsi halları çox olub. Şimalı Koreya liderinin bu yaxınlarda qardaşının başqa bir ölkədə qətlə yetirməsi də terrordur.

O cümlədən, hələ XX əsrdə Trotskinin Meksikada öldürülməsi, sovetdən qaçıb, sovet sistemi əleyhinə təbliğat aparanların öldürülməsi, Çeçenistan liderləri-Yandarbiyevin xaricdə qətlə yetirilməsi və sairə çoxsaylı faktlar mövcuddur. Skripalların zəhərlənməsi, Qaşıqçının qətlə yetirilməsi, bəzi ölkələrin atom bombası yaratmağının qarşısını almaq üçün mütəxəssis alimlərinin aradan götürülməsi yaxın tariximizin nümunələridir və bunlar nə ilkdir, nə də son. Hər zaman bu olacaq.

Dinc əhaliyə qarşı törədilən terror hadisələrini isə daha çox terror təşkilatlarının özü həyata keçirir, amma bəzən bir dövlət başqa dövlətə təzyiq etmək məqsədilə terror təkilatlarından da istifadə edə bilirlər. Bunun klassik formasını İŞİD və Əl-qaidənin simasında yaxın tariximizdə şahidi olduq.

İlham İsmayıl: “İstər fərdi, istərsə də dinc əhalini hədəf almaqla terror hələ ki, bəzi dövlətlərin əlində təsirli vasitəyə çevrilir”.

Amma, qeyd olunan təşkilatlar daha çox dinc əhalini hədəf götürməklə konkret bir ölkəyə, onun apardığı siyasətə təzyiq etmək istəyirlər. Türkiyə hədəf olaraq belə ölkələrdən biridir. İki il bundan əvvəl Türkiyədə ard-ardına dinc əhaliyə qarşı törədilən terrorda da başqa ölkələrin əli olduğu dolayısı ilə məlum idi. Ona görə də çox vaxt kəşfiyyat orqanlarında “xaricdə xüsusi əməliyyatlar” strukturları fəaliyyət göstərirlər. Bu isə dediyiniz kimi beynəlxalq siyasətin tərkib hissəsidir.

Sadəcə bu əməliyyatlar aşkar olanda dövlətlərarası münasibət korlanır. Rusiya və Böyük Britaniya kimi. Səudiyyə ƏrəbistanıABŞ,Türkiyə kimi. Atom bombasının varlığı dünya müharibələrinin qarşısını alan faktordur. Zaman keçdikcə dövlətlər təsir vasitəsini, ərazisini genişləndirmək istəsə də nüvə silahı çəkindirici rol oynayır. Belə olan halda istər fərdi, istərsə də dinc əhalini hədəf almaqla terror hələ ki, bəzi dövlətlərin əlində təsirli vasitəyə çevrilir”.

Eyni zamanda təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Skripal və Qaşıqçı hadisələrinə də münasibət bildirib. Qeyd edək ki, Skripal və Qaşıqçı hadisələri bütün dünyada çox böyük qalmaqala səbəb oldu və Qərbdə bu iki hadisəyə bir qədər fərqli yanaşıldı. Skripal hadisəsinə görə Rusiyanın 100-lərlə diplomatı persona non-qrata elan olundusa, ABŞ-dan Rusiyaya qarşı xüsusi sanksiyalar tətbiq olunduysa da, Qaşıqçı hadisəsində bu müşahidə olunmadı. Digər tərəfdən nədənsə “Mossad”ın həyata keçirdiyi terror hadisələrini İsrail “özünü müdafiə” kimi təqdim edir və bütün aparıcı dünya ölkələri, o cümlədən aparıcı dünya mediası bunu qəbul edir və İsrailə haqq verir. Beynəlxalq siyasətdə İsrailə terror əməliyyatları keçirmək üçün verilən “imtiyazın” səbəbləri nədir?

İlham İsmayıl: “İsrail xüsusi xidmət orqanı dünyaya imicini bu cür tanıtdırıb: qarşıda təhlükə görünür və o məhv edilməlidir”.

Sualımıza cavab olaraq təhlükəsizlik üzrə ekspert qeyd edib ki, İsrail xüsusi xidmət orqanı dünyaya imicini bu cür tanıtdırıb: qarşıda təhlükə görünür və o məhv edilməlidir. Ona görə də dediyiniz “imtiyaz” onlarda var və əsasən də dünya tərəfindən normal qarşılanır:

““MOSSAD”-ın həyata keçirdiyi antiterror əməliyyatları adətən ona qarşı yönələn hər hansı bir təhlükəni zərərsizləşdirmək məqsədi daşıyır. İsrail ən azı bunu dünyaya belə çatdırmağı bacarır. İsrail xüsusi xidmət orqanı dünyaya imicini bu cür tanıtdırıb: qarşıda təhlükə görünür və o məhv edilməlidir. Ona görə də dediyiniz “imtiyaz” onlarda var və əsasən də dünya tərəfindən normal qarşılanır. Suriya da hər zaman İsrail üçün təhlükə mənbəyi olduğundan ordakı raket kompleksləri də təhlükə kimi dəyərləndiriləcək və məhv ediləcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar