Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir"

 

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

“2019-cu ilin dövlət büdcəsi büdcə qaydaları əsasında tərtib olunur. Burada büdcənin yuxarı həddi müəyyən olunub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 mln artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da tam həcmdə yox, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əməkhaqqlarının gəlirlərinin artmasından ibarət olur”, - deyə V.Gülməmmədov əlavə edib.

Palata sədri cari ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən 5 aylıq gəlirlərin uğurla icra olunduğunu da əlavə edib: “Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcəni özündə də artım nəzərdə tuta bilərdik. Hal-hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi. Bu isə büdcənin keyfiyyət göstəricilərinə, yəni, neftdən asılılığın rəqəminin azalmasına gətirib çıxara, 1 il büdcə neft kəsirinin də azalmasına səbəb ola bilərdi”.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar