Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət quruculuğunu uğura və uğursuzluğa aparan səbəblər hansılardı?

Totalitar idarəçilik süqut etməyə başlayanda, ölkə dil bölünmələri xətləri boyunca parçalanmağa başladı

Çində bürokratik elitanı əmələ gətirən siyasi fraksiyaları əks etdirən bir mühüm detal vardı, belə ki, fikirləri və əməkdaşlıq formalarını mübadilə etmək üçün yazı əvəzinə danışmaq tələb olunanda, insanlar bir-birlərini başa düşə bilmirdirdilər. Bu, 19-cu əsr Çinində anti-imperial, respublikaçı birlik meydana çıxanda da özünü göstərdi. Birlik Çinin müxtəlif bölgələrindən gələn və müxtəlif dillərdə danışan fərdlər tərəfindən təşkil olunmuşdu. Bu qruplar 1911-ci ildə Kuomintanqın başçılığı altında hakimiyyətə gəldilər və imperiya sülaləsini devirdilər. Ginq sülaləsinin hakimiyyəti altındakı idarəçi elitalar necə müxtəlif idilərsə, Kuomitanqın hakimiyyəti altında da eləydilər. 1949-cu ildə hakimiyyət başına keçən kommunistlər də Çinin müxtəlif bölgələrindən gələn və müxtəlif dillərdə danışan liderlərdən təşkil olunmuşdu. Ginq sülaləsindən, Kuomintanq rejimindən tutmuş müasir Kommunist Çininəcən idarəçi koalisiyaların iştirakçı, multi-linqvistik təbiətini nəzərə alanda, məlum olur ki, Han çinliləri arasında qeyri-Mandarin dilində danışan azlıqların Çinin hakimiyyətindən çıxıb dövləti öz nəzarətləri altına almaq üçün səbəbləri yoxdur. Linqvistik bölünmələr boyunca siyasi əlaqələrin uzunömürlülüyü millətçi intellektuallara və siyasətçilərə Han millətini çoxdilli, lakin etnik baxımdan yekcins kimi təsəvvür eləmələrinə yol açıb. Linqvistik millətçilik heç bir zaman Çindəki Han çoxluğunu çıxdaş etməyib.

Rusiya imperiyasında isə dil müxtəlifliyi olduqca fərqli yol keçib. İmperiya iki dəfə etno-linqvistik bölünmə nəticəsində dağılıb: 1917-ci ildəki Bolşevik inqilabından və 1989-cu ildə SSRİ lideri Mixail Qorbaçovun başçılığı ilə keçirilən islahatlardan sonra. Rus və Sovet dövlət qurucuları daha böyük problemlə üzləşmişdilər, çünki hədsiz böyük dil müxtəlifliyi – findən, almanacan, rusdan türkəcən, koreyacadan romancayadək – təkcə ayrıca bir dil anbarı deyildi, həmçinin müxtəlif yazı əlifbaları da mövcud idi, Krildən tutmuş Latına, ərəbdən tutmuş monqol əlifbasınadək. 19-cu əsr Rusiyasında kütləvi siyasət işə düşəndə, müttəfiq şəbəkələr linqvistik bölünmələr boyunca yayılmağa başladı. O zaman da indi olduğu kimi təbliğat və qəzetlər yoluyla savadlı kütləyə çatmaqdan ötrü ümumi əlifba və dil mütləq idi. 19-cu əsrin sonlarında və 20-ci əsrin ilk onilliklərində meydana çıxmağa başlayan kütləvi partiyalar buna görə də xüsusi olaraq dil icmalarına xitab edirdi (ermənilərə, gürcülərə, finlərə, polyaklara və s.) Yaxud da onlar dil cəhətdən məhdud olan ittifaq şəbəkələrinin həftəbecəri formasında fəaliyyət göstərirdilər - Menşeviklər kimi. Milli şüur burada Han Çinindəkiylə müqayisə oluna biləcək hərtərəfli kimlik kimi deyil, separatçı və dil baxımından məhdud formalarda şəkil alırdı.

1917-ci il inqilabından sonra Sovetlərin millət siyasəti azlıqlara oxuma-yazma öyrətməkdən, 1950-lərəcən onları öz dilində savadlandırıb, beləliklə dövləti möhkəmlədirməkdən ibarət idi. Azlıqda olan elitalara Moskvanın güclü nəzarəti ilə Sovet İttifaqının yeni, linqvistik cəhətdən məhdud əyalətlərini və rayonlarını idarə etməyə icazə verilmişdi. Nəticədə də yenicə meydana çıxan klientalist müttəfiq şəbəkələr seperat etnik bölünmələrdə formalaşdılar. Qeyri-rus azlıqların partiya liderliyində təmsil olunmasına ciddi maneə varıydı, bürokratiyanın ən yüksək pillələrində və orduda tamamilə ruslar hökmranlıq edirdilər. Belə olan təqdirdə təəccüblü deyil ki, inqilabdan 40 il sonra Nikita Xruşovun başçılığı altında Sovet liderləri assimilyasia siyasətinə cəhd etmək istəyəndə inteqrasiya olunmuş bir “Sovet İnsanı”nı formalaşdıra bilmədilər. Siyasi baxımdan Sovet İttifaqı etnik ittifaqlar şəbəkəsinin həftəbecəri olmaqda davam etdi. Qorbaçovun dövründə totalitar idarəçiliyin buzları əriməyə başlayanda isə ölkə həmin dil bölünmələri xətləri boyunca Latviya, Gürcüstan, Qazaxstan və s. kimi müstəqil ölkələrə parçalanmağa başladı.

Tarixə baxanda insanı maraq bürüyür, nəyə görə bəzi ölkələr vahid dil, yaxud əlifba yarada bilirlər, bəziləri yox və nəyə görə bəzi dövlətlər ictimai mülkiyyəti əraziləri boyunca paylaşdıra bilirlər, bəziləri yox. Həm dil müxtəlifliyi, həm də ictimai mülkiyyəti təmin etmək qabiliyyəti əsas etibarilə 19-cu əsrin sonlarında kütləvi siyasətin yaranması dövründə qurulan mərkəzləşmiş dövlətlərin mirası nəticəsində formalaşıb. İnkişaf etməkdə olan ölkələrdə bu dövr 19-cu əsrin son rübündə Qərb imperiyaları (və Yaponiyanın) tərəfindən müstəmləkəyə çevrilmələrindən əvvəlki vaxta təsadüf edir. Əvvəlki əsrlərdə mərkəzləşmiş siyasətin təşəkkül tapdığı ölkələrdə bürokratik idarəçilik meydana gəlmiş və o, dövlətə müxtəlif regionları siyasi cəhətdən idarə etməyi və təşkilati baxımdan inteqrasiya etməyi öyrətmişdi.

Həm müstəmləkə dövlətlərinin, həm də onları əvəzləmiş yenicə formalaşmış millət-dövlətlərin hökumətləri bu bilgilərə və bürokratik infrastruktura arxalanmaqla, ictimai mülkiyyəti regionlar boyunca bərabər şəkildə paylaşdıra bilirdilər. Uzunmüddətli perspektivdə bu cür yüksək mərkəzləşmiş dövlətlər periferiya elitalarını və onların tərəfdarlarını mərkəzi elitaların dilini (yaxud Çin nümunəsində olduğu kimi əlifbanı) mənimsəməyə təşviq edirdi. Paytaxtdakı idarəçi elitaların dilini öyrənmək isə onlar üçün karyeralarını və maraqlarını təmiq etməkdən ötrü effektiv üsul idi və - sıravi vətəndaş üçün – sübut olunmuşdu ki, gündəlik həyatda bürokratların danışdığı dildə danışmaq üstünlükdür.

Məsələn, müstəmləkə öncəsi Botsvanada 17-ci əsrdən etibarən mərkəzləşmiş və sıx inteqrasiya olunmuş krallıqlar meydana gəlmişdi. Onların hamısı tsvana dilində danışan zadəganlar tərəfindən idarə olunurdu. Müstəqil, post-müstəmləkə hökuməti kralların hakimiyyətini məhdudlaşdırmaqla, onları və onların kiçik bürokratiyalarını hökumətin bir hissəsi etməklə, bu krallıqları administrativ hökumətə inteqrasiya etdi. Bu yolla krallıqlar yeni hökumətə idarə etmək üçün legitimlik verdilər (ölkənin yeni prezidentinin özü kral ailəsindən idi) və vətəndaşları yeni dövlətin qaydalarına əməl etməyə həvəsləndirdilər. Hər ikisi post-müstəmləkə dövründə ictimai mülkiyyətin paylaşdırılmasına töhfə verdi. Həmçinin krallıqlar müstəmləkədən əvvəlki dövrdən indiyəcən qeyri-Tsvana əhalisinin vahid Tsvana dilinə və mədəniyyətinə assimilyasiya edilməsini təşviq etdi, hələ 19-cu əsrdə qeyri-Tsvana əhalisi əksər krallıqlarda demoqrafik əksəriyyəti təşkil edirdi, bu gün isə Tsvanalılar əksər çoxluqdurlar.

Oturuşmuş siyasi infrastruktur və vahid dil dövlət quruculuğunu asanlaşdırır
 

Somalinin tarixində isə heç vaxt ölkənin köçəri çoxluğunu idarə etmək qabiliyyətində olan dövlət meydana gəlməyib. Müstəmləkə sonrasında bu, ictimai mülkiyyətin nə üçün yayıla bilmədiyini göstərən əsas amildir. Müstəqil Somali hökuməti dövlətə heç vaxt bağlı olmayan əhalini idarə etmək məcburiyyətindədir və o, özlərinin ailələrindənsə ictimai mülkiyyətə xidmət edəcək idarəçi bir sinifə malik ola bilmir.

Çində siyasi təmərküzləşmənin min illər boyunca hədsiz yayğınlaşması imperiya miqyasında vahid əlifbanın meydana çıxmasını və tətbiq edilməsini labüd etmişdi. O, həmçinin bütün Çin boyunca çoxşaxəli siyasi elitaları imperiyanın yeni-Konfutsiçi qanunlarını tətbiq etməyə təşviq edirdi.

Əsrlər boyunca davam edən hədsiz mərkəzləşmiş, bürokratik administrasiya həmçinin təşkilati infrastrukturu miras qoymuşdu, Kommunist Çin hökuməti də İkinci Dünya Müharibəsindən sonra əhalini ictimai mülkiyyətlə təmin etməkdən ötrü bu infrastrukturdan istifadə etdi. Müstəmləkəçiliyin əksərən istirahət etdiyi mərkəzləşmiş yerli dövlətlər beləliklə, müasir dövrdə millət-dövlətləşmə prosesini sürətləndirirlər. Doğrudur, oturuşmuş bürokratik-siyasi infrastrukturun və vahid dilin, yaxud əlifbanın mirası mövcuddursa, bu o demək deyil ki, etnik bölgü boyunca siyasi inteqrasiya təmin olunmuş olur. Lakin bunlar müasir dövlət qurucularının işini xeyli asanlaşdırırlar.

Bununla belə, göstərmiş olduğum nümunələr könüllülük təşkilatlarının, ictimai mülkiyyətin yayılmasının və kommunikasiyanın bir-biriylə qarşılıqlı əlaqədə olmasına, yaxud əvəz etməsinə cavabdeh deyil. Somalilərin hamısı məsələn, eyni dildə danışırlar, İsveçrədə isə müxtəlif dillərdə danışan xalqlar mövcuddur – bununla belə, bu ikisinin dövlət quruculuğu tarixi əks istiqamətlərdə baş verib. Bəzi əlavə faktorlar da var ki, dövlət quruculuğunu ləngidə və ya sürətləndirə bilər. Əksər tarixçilər bu məqamda müstəmləkə təcrübəsinin fərq yaratdığını irəli sürəcəklər. Somali və Bostvana müstəmləkə güclərinin parçala hökm sür siyasətindən əziyyət çəkiblər, bu da öz növbəsində müstəmləkə güclər çıxıb getdikdən sonra milli siyasi inteqrasiya tapşırığını çətinləşdirir. Nə Rusiya, nə də İsveçrə isə son əsrlərdə xarici boyunduruq altında olmayıblar.

İqtisadçılar dövlət quruculuğunun iqtisadi inkişafla əlaqədar olduğunu iddia edə bilərlər. Əgər ixracı uğursuz olsaydı, İsveçrə Somaliyə oxşayardımı, yaxud o, bankçılıq və sığortaçılıqda hədsiz mənfəətli qlobal mərkəzə çevrilərdimi? Dini müxtəlifliklərin və dil sərhədlərinin bir-birinin üstünə çıxmadığı, təzyiqi artırmadığı İsveçrə kimi ölkələrdə dövlət qurmaq bəlkə də asandır. Romanovlar Rusiyasında isə bunun əksinə, əksər linqvistik azlıqlar rusdillilərdən və çoxluqda olan Rus Ortodoksundan fərqli dinlərə qulluq edirdi.

Ən nəhayət, biz daha cəlbedici perspektivi ələ ala və dövlət quruculuğunun ölkələrin başqa ölkələrlə çoxlu qanlı müharibələr apardığı, əhalini ümumi qurbanların köməyilə birləşdirildiyi coğrafiyalarda uğur qazandığını deyə bilərik. Oxşar şəkildə ola bilsin, Avropa ölkələrində dövlətlər daha asan qurulub, çünki əsrlər boyunca davam edən sərhəd mübahisələri və etnik təmizləmələr daha yekcins xalqların ortaya çıxmasına, beləliklə milli siyasəti asan inteqrasiya etməyə imkan verib.

Bunlar empirik suallardır. Bu suallara cavab tapmaqdan ötrü biz gərək dünyanın hər tərəfindəki ölkələrin tarixini analizdən keçirək. Bu, nümunə gətirilən 4 alternativ faktorun dövlət quruculuğunun harada uğur qazandığını, harada iflasa uğradığını – və yaxud könüllülük təşkilatlarının, ictimai mülkiyyətin necə paylaşdırıldığını və linqvistik hegemonluğun İsveçrədən, Belçikadan, Somalidən, Botsvanadan, Çindən və Rusiyadan savayı ölkələrdə iştirakçı idarəçi koalisiyaları təşviq etməkdə necə əhəmiyyətli rol oynadığını müəyyənləşdirməyə kömək edir. Bu cür kəmiyyət analizi üçün biz hər bir ölkədə dövlət quruculuğunun nə dərəcədə uğur qazandığını göstərən rəqəmləri müəyyənləşdirməliyik. Bu məqsədlə mən etnik icmaların əhali paylaşımının dövlətin yüksək pillələrində təmsil olunmamasını bir meyar kimi götürürəm. Bu göstəricilər 1946-cı ildə 2005-ci ilə qədər dünyanın 155 ölkəsində mövcuddur.

Bu meyarla ölçüləndə, könüllülük təşkilatlarının çiçəkləndiyi, dövlətin ictimai mülkiyyəti uğurla paylaşdırdığı və linqvistik mənzərənin daha vahid olduğu ölkələrdə etnosiyasi təcridetmə özünü daha az göstərir. 3 növ ölkənin müqayisəsi bu analizin nəticəsini əks etdirməyə imkan yaradır. İctimai mülkiyyətin paylaşdırılmasını mən savadlılıq (oxuma-yazma) dərəcəsi meyarıyla ölçərdim, çünki savadlılıq dövlət təhsilindən hədsiz asılıdır. 155 ölkənin ortalama qlobal göstəricilərinə görə, yetkin əhalinin 65%-i savadlıdır: əgər bir ölkə əhalisinin 80%-indən çoxu oxuma-yazma bilirsə, o zaman bu ölkədə əhalinin dövlətdə təmsilçilikdən çıxdaş edilməsinin payı, əhalisinin yalnız 50%-inin oxuma-yazma bildiyi ölkəninkindən 30% daha az olacaq.

 

Müstəmləkə idarəçiliyinə məruz qalmış ölkələr böyük ehtimalla dövlət quruculuğunda uğursuzluğa düçar olmurlar
 

Linqvistik müxtəlifliyi təyin etməkdən ötrü biz eyni dildə danışan təsadüfən seçilmiş iki vətəndaşın şanslarını hesablaya bilərik. Əgər bir ölkədə vahid dildə danışmaq göstərici 52%-dirsə (ortalama göstərici olan 38%-dən 14% daha çox), dövlətdə təmsilçilikdən çıxdaş olunan əhalinin payı 30%-dən aşağı olacaq, bir başqa ölkədə ehtimal edilən rəqəm isə 25%-dir (ortalama göstəricidən 14 faiz aşağı). Əgər biz hər 5 fərdi könüllülük təşkilatına əlavə etsək, çıxdaş olunan əhalinin payı təqribən 30 faiz ixtisar olunacaq.

Yuxarıda qısaca müzakirə edilmiş dövlət quruculuğu məsələsində müstəmləkə idarəçiliyinin tarixinin, yaxud ölkənin zənginliyinin rolu kimi alternativ izahlar o qədər də geniş dəstəklənmir. Daha ətraflı statistik analizlərə görə, əgər ölkələr uzun müddət müstəmləkəçilik idarəçiliyinə məruz qalıblarsa, yaxud əgər bu idarəçilik xüsusi bir formada həyata keçirilibsə (məsələn mühacir müstəmləkəçiliyi, yaxud Britaniya müstəmləkələri kimi birbaşa olmayan idarəçilik), bu o demək deyil ki, onlar dövlət quruculuğunda iflasa uğrayacaqlar. Əgər onların iqtisadiyyatı inkişafdan geri qalıbsa, əgər onlar dövlətlərarası, yaxud etno-millətçi müharibələrə məruz qalıblarsa, yaxud onlarda dini və linqvistik ziddiyyətlər üst-üstə düşürsə belə, bütün bunlar dövlət quruculuğu məsələsinə əhəmiyyətli təsir göstərmir.

Ən nəhayət, haradakı mərkəzləşmiş dövlətlər müstəmləkə idarəçiliyindən, modern millət-dövlətə keçiddən əvvəl meydana gəliblər, deməli, oradakı müasir dövlətlər cəmiyyəti daha çox ictimai mülkiyyətlə təmin edirlər və burada əhali daha az dillərdə danışır. Bunu göstərməkdən ötrü mən dövlətin formalaşması tarixindəki iki müxtəlif meyardan istifadə edəcəm. Birincisi Asiya və Afrikanın 74 ölkəsi üçün keçərlidir, bu ölkələrin müstəmləkə öncəsi siyasi strukturu sosial antropoloqlar tərəfindən sənədləşdirilib. İqtisadçıların topladıqları ikinci mənbə 141 ölkəni əhatə edir və 19-cu əsrin ikinci yarısından etibarən yerli dövlətin hazırkı ölkənin ərazilərinə nə qədər nəzarət etməsini ölçür.

20-ci əsr boyunca dövlət quruculuğuna töhfə verməkdən ötrü, təbii ki, keçmiş retrospektiv cəhətdən konstruksiya edilib 19-cu əsrdə mərkəzləşmiş dövlətin yaradılması üçün istifadə edilə bilməz. O cümlədən bir dövlət ictimai mülkiyyətin yayılmasını bir neçə il ərzində yaxşılaşdırmaq imkanına sahib deyil. Bir xalq ən azından iki nəsil yenilənməlidir ki, kommunikasiya üçün yeni dildə səlis danışa bilsin. Siyasi ittifaqları ətrafında birləşdirən könüllülük təşkilatları da cəmiyyətdə qısa müddət ərzində kök ata bilməzlər. Dövlət quruculuğunu sürətləndirən bu üç vacib faktor üçün illər yox, nəsillər lazımdır. Buna görə də süqut etmiş dövlətləri özünə gətirmək, yaxud dövlətlər qurmaq ABŞ-ın bir və iki prezidentliyi müddətinə sığan iş deyil.

Dünya Bankı kimi qlobal institutlar son iki, yaxud biraz çox onillik ərzində inkişafda olan ölkələrin ictimai mülkiyyətlə təmin etmək bacarığını gücləndirməyə çalışır. İnstitutsional inkişafa və effektiv dövlət idarəçiliyinə olan bu davamlı vurğu Qərb ölkələrinin seçilmiş hökumətlərinin adətən uyğuladıqları xarici siyasətin daha səhvsiz və düzgün olmasını tələb edir. Dövlət institutlarını gücləndirmək üçün davamlı və üzünmüddətli səy və ictimai mülkiyyətin paylaşdırılması üçün onları daha effektiv etmək isə, dünya miqyasında dövlət quruculuğuna töhvə verməkdən ötrü yaxşı perspektivlər vəd edir.

İctimai mülkiyyət ən yaxşı halda milli və yerli hökumətlər tərəfindən təmin oluna bilər. Özəl şirkətlər, xarici QHT-lər, yaxud müdaxiləçi ordular iqtisadi cəhətdən bəzən effektiv ola bilərlər. Lakin ictimai mülkiyyətin xarici güclər tərəfindən təminatı milli hökumətin nüfuzunu aşağı salır. Asiya Fondunun 2006-2015-ci illər tarixində hər il keçirdiyi sorğu bunu Əfqan insanlarının timsalında sübut edib. Dövlət idarələrinin həyata keçirdiyi layihələrdən fərqli olaraq, xaricilər tərəfindən həyata keçirilən ictimai mülkiyyət layihələri əfqanları öz dövlətlərindən narazı salıb. Xarici layihələrin aralarındakı mübahisələri həll etməkdən ötrü vətəndaşları dövlət institutlarına müraciət etməyə təşviq etməsi ənənəvi avtoritetlər, yaxud hərbi komandanların etdiyi qədər təsirli olmayıb. Hətta sorğunun nəticələrində ürəkağrıdan məqam odur ki, əgər əfqanların yaşadıqları bölgələrdə xaricilər ictimai mülkiyyət layihələrinə sponsorluq edirsə, yerlilər taliblərin zorakılığına haqq qazandırırlar. Başqa sözlə desək, xarici ictimai mülkiyyət layihələri əfqanların rəğbətini qazanmaqdansa, itirib.

Əgər yerli şərait əlverişsizdirsə, kənardan dövlət quruculuğunu həyata keçirmək mümkünsüzdür
 

Vahid milli məktəb sistemi effektiv dövlət quruculuğu üçün bir başqa uzunmüddətli strategiyadır. Dünya miqyasında dövlətlər xalqlarını savadlandırmaq və ümumi dili onlara öyrətmək üçün uzun yol qət ediblər. Büdcə təzyiqinə baxmayaraq, milli məktəb sistemlərinə göstərilən davamlı dəstək təkcə iqtisadi inkişafa və gender bərabərliyinə nail olmaq üçün yox, həmçinin etnik bölünmələr boyunca siyasi əlaqələr yaratmaqdan ötrü vacibdir.

Vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləmək, xarici təsir və siyasi müdaxiləyə qarşı sipər rolunu oynaya bilər. Bir çox Şərqi Avropa ölkələrində son illərdə xaricdən maliyyələşən QHT-lərə qarşı təzyiqlər vətəndaş cəmiyyəti birliklərinin xaricdən təşviq edilməsinin risklərini əks etdirən bir nümunədir. Amma buna baxmayaraq, uzunmüddətli perspektivdə belə təşkilatlar etnik bölünmələr boyunca siyasi infrastrukturun yaranmasına və milli siyasi inteqrasiyaya töhvə verirlər. Almaniyanın siyasi fondlarının və Soros fondunun tətbiq etdiyi davamlı və uzunmüddətli strategiya vətandaşları bir-birləriylə etnik nöqteyi-nəzərdən deyil, ortaq dəyərlər baxımından birləşdirmək üçün hələ də ən yaxşı vasitə sayıla bilər.

İndiki dövrdə çox az adam belə bir illuziyaya inanar ki, ucqar yerlərdə dövlət quruculuğuna kömək etmək asan məsələdir. Bir-biriylə qanlı bıçaqlı olan siyasi fraksiyaları müştərək hökumətdə təmsil olunmağa məcbur etməyin çətinlikləri İraq nümunəsində, ya da özünə qalsaydı, daha uzun müddət parçalanmış vəziyyətdə olacaq daha dramatik Bosniya nümunəsində daha aydın şəkildə özünü göstərir. Buna görə də siyasətşünaslar “başqa insanlara özünüzü idarə edin” ideyasının düzgün və mümkün olduğu fikrini rədd etməlidirlər, bunu hələ 2004-cü ildə “Atlantik” jurnalında Frensis Fukuyama Corc Buş erasının qızğın dövlət quruculuğu entuziazmı dövründə irəli sürmüşdü. Əgər yerli şərait azlıqları və çoxluqları bərabər siyasi zəminə yerləşdirmək və iştirakçı hökumət koalisiyaları yaratmaq üçün əlverişli deyilsə, kənardan dövlət quruculuğunu həyata keçirmək mümkünsüzdür. Hər bir ölkədə dövlət quruculuğu yerli vətəndaşlar və siyasətçilər tərəfindən həyata keçirilməlidir. (bilge.az)


Etiket: Dövlətçilik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar