Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qulluğuna A və B növü üzrə qəbul olmaq istəyənlər imtahan verir

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir.

PİA.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1 263 olmaqla, ümumilikdə 1 856 namizəd qeydiyyatdan keçib.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhər Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 57 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

pia.az 


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar