Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi qaydası məlum olub

Azərbaycanda dövlət proqramının monitorinqi və qiymətləndirilməsi qaydası müəyyənləşib.

Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi aşağıdakı kimi həyata keçiriləcək:

1. Dövlət proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramı təsdiq edilən zaman müəyyən edilir. Əlaqələndirici orqan (qurum) dövlət proqramları üzrə monitorinq və qiymətləndirmə orqanı (qurumu) kimi müəyyən edilə bilməz.

2. Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi prosesinə yerli və ya beynəlxalq ekspertlər cəlb oluna bilərlər.

3. Monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramının monitorinqini və qiymətləndirilməsini apararkən əlaqələndirici orqanla (qurumla), habelə müvafiq prioritetlər üzrə əsas və digər icraçı orqanlarla (qurumlarla) əməkdaşlıq edə bilər.

4. Dövlət proqramının monitorinqinin nəticələri monitorinq və qiymətləndirmə orqanının (qurumunun) tərtib etdiyi illik hesabatda öz əksini tapır.

5. Dövlət proqramının monitorinqi bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq əlaqələndirici orqanda (qurumda) toplanaraq monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edilən hesabatların və təsdiqedici sənədlərin əsasında tədbirlərin icra vəziyyətinin və nəticələrinin illik monitorinqi formasında aparılır.

6. Dövlət proqramları üzrə icra vəziyyətinin monitorinqi bu Qayda ilə müəyyən edilən metodologiyaya əsasən aparılır və monitorinqin nəticələrinə dair hesabat tərtib olunur (2 və 3 nömrəli əlavələr).

7. Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin və əldə edilmiş faktiki göstəricilərin müqayisəsi əsasında aparılır və dövlət proqramının nəticələrinin monitorinqi üzrə hesabat tərtib olunur (4 nömrəli əlavə).

8. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılır və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdirilir. Bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər.

9. Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.

10. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi aparılarkən dövlət proqramının həyata keçirilməsi üzrə əsas icraçı olan dövlət orqanlarının (qurumlarının) hər birinin fəaliyyətinin qiymətləndirilməsi də aparılır və bu məqsədlə onların reytinqi hesablanır.

11. Dövlət proqramının qiymətləndirilməsi zamanı müvafiq sahə üzrə proqramda nəzərdə tutulan tədbirin həyata keçirilməsindən əvvəlki göstəricilərlə faktiki göstəricilər müqayisə edilir və səmərəlilik hesablanır.

12. Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icrası və onun yekunlaşması mərhələsində aşağıdakı ardıcıllıqla aparılır: 4.12.1. dövlət proqramının qiymətləndirilməsinə hazırlıq – monitorinq və qiymətləndirmə orqanı (qurumu) tərəfindən effektivliyin, uyğunluğun və səmərəliliyin müəyyən olunmasına imkan verən qiymətləndirmə suallarının əlaqələndirici orqanın (qurumun) rəyi nəzərə alınmaqla tərtib olunması; 4.12.2. dövlət proqramının qiymətləndirilməsi planı – bu Qayda ilə müəyyən edilən forma üzrə qiymətləndirmə planının hazırlanması (5 nömrəli əlavə); 4.12.3. dövlət proqramının qiymətləndirilməsi üzrə hesabat və tövsiyələrin hazırlanması – dövlət proqramının qiymətləndirilməsi üzrə qiymətləndirmə hesabatının və müvafiq tövsiyə sənədinin hazırlanması.

13. Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icra müddətinin yarısı bitdikdən və ya dövlət proqramının icrası yekunlaşdıqdan sonra aparılır. İcra müddəti 3 (üç) il və daha az olan dövlət proqramının qiymətləndirilməsi yalnız həmin proqram yekunlaşdıqdan sonra aparılır.

14. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi üzrə hesabat ildə bir dəfə, qiymətləndirilməsi üzrə hesabat isə bu Qaydanın 4.13-cü bəndi ilə müəyyən olunmuş müddət bitdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

15. Dövlət proqramının yekun qiymətləndirilməsi üzrə hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdən sonra bir ay müddətində monitorinq və qiymətləndirmə orqanının (qurumunun), habelə əlaqələndirici orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar