Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri ilə görüş olub

Fuad Hüseynov sentyabrın 10-da Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov sentyabrın 10-da ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi, bu problemin idarə edilməsi sahəsində əldə olunmuş təcrübə barədə qonağa ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələri hələ də kağız üzərində qalır.

Təcavüzkar Ermənistanın bir milyondan çox azərbaycanlının beynəlxalq sənədlərdə təsbit edilmiş əsas hüquqlarını pozması faktına dünya ictimaiyyətinin laqeyd münasibəti təəccüb və təəssüf hissi doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə qarşı törədilən cinayətlərə və hüquqpozmalara görə Ermənistana qarşı təsirli tədbirlər görməlidir.

Görüşdə bu məhkəmənin Ermənistanın silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərar qəbul etdiyi xatırladılıb.

Qeyd olunub ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində dövlət proqramı icra olunur. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, yeni mənzillərlə birinci növbədə təmin olunurlar. İndiyədək 300 minə yaxın qaçqın və məcburi köçkün üçün müasir tipli və bütün zəruri infrastrukturla təchiz olunmuş 105 qəsəbə salınıb, bu məqsədlə yeni yaşayış komplekslərinin inşası davam etdirilir.

Qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar