Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi uşaqların vizual görüntülərinin yayılması ilə bağlı KİV-ə müraciət edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti təmsilçiləri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

PİA.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli media, vətəndaş cəmiyyəti nümayəndələri və sosial şəbəkə istifadəçiləri.

Məişətdə, tədris müəssisələrində, o cümlədən məktəbəqədər tədris müəssisələrində və internat məktəblərində, bütövlükdə isə cəmiyyətdə həddi-buluğa çatmayanlara qarşı baş verən zorakılıq hallarına göstərdiyiniz həssas münasibətə görə hər birinizə təşəkkür edirik.

Bununla belə uşaqlara münasibətdə zorakılıq hallarının ictimailəşdirlməsi zamanı zorakılıq qurbanı olan uşaqlara münasibətdə etik qaydaların pozulmasından, o cümlədən zorakılıq qurbanı olmuş uşağın (uşaqların) vizual görüntülərinin (video, foto) yayılması zamanı sifəti örtən filterdən (baby face filter) istifadə olunmamasından, onların fərdi məlumatlarının, o cümlədən adlarının, yaşayış ünvanlarının verilməsindən hədsiz narahatlığımızı ifadə edirik. Belə həssas məsələlərin ictimailəşdirilməsi zamanı ilk növbədə uşağın ən ümdə mənafeləri birinci yerdə olmalıdır.

Ölkəmizin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalara və milli qanunvericiliyimizə görə heç bir uşaq onun şəxsi və ailə həyatına, mənzil toxunulmazlığı, yazışma sirri hüququnun həyata keçirlməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsdin obyekti ola bilməz.

Biz bəzən bilməzlikdən, bəzən səhlənkarlıqdan və ya hər hansı bir səbəbdən zorakılıq qurbanı olan uşaqlara qarşı zorakılıq hallarını ictimailəşdirərkən uşağın ümdə mənafelərinə xələl gətiririk və beləliklə zorakılıq qurbanın mənafelərinə zidd hərəkətlər etmiş oluruq.

Hər birinizi zorakılıq qurbanı olmuş uşaqlara münasibətdə daha həssas olmağa, uşağın ümdə mənafelərinə zidd olan, onun şəxsi həyatına müdaxilə sayılan və fərdi məlumatlarının yayılmasına xidmət edən hərəkətlərdən çəkinməyə çağırırıq.

Müvafiq hakimiyyət orqanlarını tədris müəssisələrində, o cümlədən uşaq bağçaları, körpələr evləri, internat məktəbləri, ixtisaslaşmış tibb müəssisələri və digər yerlərdə də mütəmadi monitorinqlər keçirməyə və üzə çıxarılan neqativ hallarla bağlı ictimaiyyəti məlumatlandırmağa səsləyirik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar