Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində uşaqlardan birinin müəllim tərəfindən döyülməsi hadisəsini nəzarətə götürüb...

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı yanvarın 18-də Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə yollanıblar: “Bu gün həmin müəssisədə monitorinq keçirilib. Dövlət Komitəsinin əməkdaşları orada uşaqların saxlanılması şəraiti ilə tanış olublar. Uşaq hüquqlarının müdafiəsi çərçivəsində uşaqlara qarşı ehtiyaclarının təmin edilməsi istiqamətində meyarların qiymətləndirilməsi aparılıb. Uşağın sağlamlığı ilə bağlı müayinələr aparılıb və ona psixoloji yardım göstərilib. Hazırda məsələ nəzarət altındadır. Həmin müəssisənin rəhbərliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində araşdırmalar davam etdiriləcək”.

Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisə ötən ilin dekabr ayında baş verib. Qeyd olunub ki, məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar