Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi: Məktəblərdə zorakılıq halları qeydə alınır

“Bakı şəhəri 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı, faktla bağlı açılan cinayət işi, aparılan araşdırmalar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqət mərkəzindədir. Hazırda monitorinq komissiyaları vasitəsilə işin detalları araşdırılır, izahatlar alınır”

Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən aparılan araşdırmanın nəticələri, görülən tədbirlər barədə məlumatlar ictimaiyyətə açıqlanacaq: “Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Dövlət Komitəsi məsələnin obyektiv və şəffaf araşdırılmasının tərəfdarıdır. Bu işdə təqsiri olan şəxslərin tezliklə məsuliyyətə cəlb edilməsində də maraqlıyıq. Dövlət Komitəsi olaraq VIII sinif şagirdinin ailə üzvlərinə başsağlığı veririk”.
REKLAM

E. Səfərov bildirib ki, təhsil müəssisələrində baş verən bullinq (uşaqların incidilməsinə səbəb olan, ixtiyari və təkrar olaraq törədilən aqressiv davranış) hadisələrinə qarşı addımlar atılır: “Təəssüflər olsun ki, bu gün məktəblərdə zorakılıq halları qeydə alınır. Bu kimi hallara qarşı dövlət tərəfindən vacib addımlar atılır. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsini xüsusi qeyd etmək istərdim”.

162 nömrəli məktəbdə baş verən hadisə zamanı psixoloqlarla bağlı boşluğun üzə çıxdığını vurğulayan Dövlət Komitəsinin rəsmisi məsələ ilə bağlı vətəndaşlara, sosial şəbəkə istifadəçilərinə də müraciət edib: “Biz cəmiyyətə çağırış edirik ki, sosial şəbəkələrdə qeyri-stabil vəziyyətə gətirib çıxaracaq çağırışlar etməsinlər. Faktla bağlı cinayət işi açılıb, xüsusi araşdırmalar aparılır. Təhsil sahəsində peşəkar, öz peşəsinə sadiq olan minlərlə müəllim çalışır. Bir-iki nəfərə görə bütün müəllimlərə də xələl gətirmək olmaz”.

E. Səfərov qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini xatırladıb: “Monitorinq komissiyaları yaradılıb, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub. Bütün bu işlərin həyata keçirilməsi zamanı beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti ilə birlikdə əməkdaşlıq etmişik. Dövlət Komitəsi heç vaxt gördüyü işlərlə bağlı özünü reklam etməyib. Bu günə qədər 50 mindən çox ailəyə psixoloji-hüquqi yardım edilib. Erkən nikahların, qadınlara və uşaqlara qarşı məişət zorakılığının qarşısı tərəfimizdən alınıb”.

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbi intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işi nəzarətə götürüblər. Bununla bağlı aidiyyəti dövlət qurumlarına - Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib.

Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar