Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dövlət Gömrük Komitəsinin yeni xidməti tənqid olundu - Fotolar

"Gömrük Komitəsinin vətəndaşlara "xaricdən 3 corab gətirəndə də ASAN loginlə həm daşıyıcı şirkətə, həm bizə bəyannamə ver" dediyi tətbiqi yoxladım. Tətbiq ingiliscə açılır, hələ 5-10 nəfər yoxlayıb, artıq gec yüklənir. Azərbaycan dilinə çevirirsən, telefon nömrəsi yerinə hərflər yazırsan, qəbul edir. İzləmə ID yerinə hərflərlə cümlə yazırsan, qəbul edir".

PİA.az xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev proqramın ancaq ingilis dilində olmasını da tənqid edib: "Malların təsnifatı ancaq İNGİLİS dilindədir. Məsələn, hansısa rayonda yaşayan, Türkiyədən məmədan alan biri nə bilsin Bra nə deməkdir?
Növbəti mərhələlər də ingilis dilində çıxır. Məsələn, mən Medellin, Kolumbiyadan Escobar LTD-nin göndərdiyi 3 ton kokoa tozunu bəyan etmək istəyirəm, ingiliscə yazırlar. Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar "xəta baş verdi". Vətəndaşın bəyannamədə düzəliş etmək imkanı da yoxdur".

"Hörmətli Dövlət Gömrük Komitəsi, biz belə vəziyyətdə olan tətbiqi nəinki mətbuata, heç dost-tanışa göstərmirik ki, ayıbdır. Siz vətəndaşın ayda 300 dollarlıq xaricdən alış-verişini də çox görüb, öz ticarət mərkəzlərinizdən daha baha almaları üçün qarşılarına əngəllər yaratmısınız, onu da bu səviyyədə, test etməmiş, başdan-ayağa xətalarla. Ayıbdır, normal işlərlə məşğul olun, imkan verin vətəndaş asan yolla ucuz mallar alsın, daşıyıcı şirkətlər də birbaşa sizə bəyan eləsin", - deyə ictimai fəal vurğulayıb.(Dominant.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

loading...

Ən çox oxunanalar