Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Xəbər verdiyimiz kimi, Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlığı Şurasının 133/134-cü sessiyaları keçirilir

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iyunun 27-də sessiya çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.

Kunio Mikuriya ÜGT-nin Bakı şəhərində keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən məmnunluqla bəhs edib.ÜGT rəhbəri konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Respublikası Prezidentinə və Hökumətinə bir daha təşəkkürünü bildirib.

Səmimi sözlərə görə minnətdarlığını ifadə edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ÜGT ilə Azərbaycan gömrüyü arasında uzun illərə söykənən səmərəli və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur və birgə həyata keçirilən uğurlu layihələr, gömrük işininin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlığın daha dainkişaf etməsinə öz töhfəsini verəcək.

Eyni zamanda,Azərbaycan gömrüyündə son illərdə həyata keçirilən islahatlar, gömrük işi sahəsində bu islahatların regional və beynəlxalq müstəvidə faydalarından bəhs olunub, birgə fəaliyyətin səmərəliliyinin artırılması və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

pia.az


Etiket: Görüş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar