Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Gömrük Komitəsində ciddi qanun pozuntuları aşkar olunub

Komitə tərəfindən büdcə qanunvericiliyinin tələblərinə uyğunluğu tam şəkildə təmin olunmayıb.

2019-cu il və 2020-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirlərinin yığılmasını təmin edən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində (İdarə) inzibatçılığın təşkili vəziyyətinin auditi aparılıb.

Bu barədə Hesablama Palatasının həmin dövrü əhatə edən hesabatında qeyd edilib.

Qeyd edək ki, idarə tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində 2019-cu ildə 436 588 halda 11 milyon 637 min 393 manat, 2020-ci ilin yanvar-aprel aylarında isə 115 289 halda 5 milyon 505 min 747 manat dəyərində malların və pul vəsaitlərinin rəsmiləşdirilməsi, o cümlədən təkrar rəsmiləşdirilməsi əməliyyatları həyata keçirilib.

Proqnoz hədəflərə 2019-cu ildə 464,7 milyon manat və ya 115,0%, 2020-ci ilin yanvar-aprel ayları üzrə isə 169,7 milyon manat və ya 106,4% səviyyəsində əməl olunub.

Qeyd edək ki, 2019-cu il üzrə ümumilikdə artıqlaması ilə icra olunması şəraitində aylıq proqnozlar yanvar ayı üzrə 5,5%, fevral ayı üzrə 15,1% və mart ayı üzrə 6,7%-lik kəsirlə yerinə yetirilib. Büdcə gəlirlərinin proqnozlaşdırılması sahəsində müəyyən edilib ki, proqnozlaşdırma prosesinin büdcə qanunvericiliyinin tələblərinə uyğunluğu tam şəkildə təmin olunmayıb, illik və aylıq proqnoz göstəricilər ayrı-ayrı tədiyə növləri səviyyəsində deyil, cəm şəklində sənədləşdirilib, büdcədənkənar daxilolmalar üzrə proqnozlar isə ümumiyyətlə tərtib olunmayıb.

Qanunvericiliklə Dövlət Gömrük Komitəsi üzrə tədiyə növləri səviyyəsində təsdiq olunan büdcə tapşırıqlarının Komitənin strukturları üzrə tədiyə növləri səviyyəsində rəsmiləşdirilmədiyini diqqətə alaraq, Hesablama Palatası proqnoz göstəricilərin faktiki icra göstəricilərinə sonradan uyğunlaşdırılması risklərinin mövcudluğu qənaətindədir. Bu da, ümumilikdə büdcə gəlirlərinin etibarlı proqnozlaşdırma sisteminin formalaşdırılması baxımından müsbət qiymətləndirilmir.

İdarə üzrə inzibatçılığın təşkili ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərdə qeyd olunan ödənişsiz maarifləndirmə xidmətlərinin təşkil olunması məsələləri tam həllini tapmayıb, o cümlədən gömrük ödənişlərinin hesablanması və ödənilməsi, habelə gömrük qanunvericiliyi baxımından müraciət edənlərin yerində məlumatlandırılması işləri institusional formada təmin olunmayıb.

Eyni zamanda, təminatı Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilən gömrük orqanlarının avtomatlaşdırılmış informasiya sistemində bir sıra əhəmiyyətli işlərin görülməsi fonunda xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə şəxsi vərəqə prinsipi ilə fərdi uçotun aparılması hal-hazıradək təmin edilməyib.

Bu isə, gömrük sistemində risklərin idarə olunması, gömrük ödənişlərinin hesablanmasının və daxilolmasının, artıqödəmələrin və borcların uçotunda şəffaflığın təmin edilməsi kimi sahələrdə gömrük inzibatçılığının vəziyyətinin qiymətləndirilməsində çətinliklər yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar