Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət ənənələrində liderlərin oxşarı olurmu və Vladimir Putinin neçə bənzəri var?

Bəziləri iddia edir ki, Putinin bir deyil, bir neçə bənzəri var...

Qabil Hüseynli: “Rusiya kimi nəhəng bir ölkədə liderin bənzərlərindən istifadə edilməsini zənnimcə, normal qarşılamaq lazımdır. Çünki Rusiya böyük bir imperiyadır və imperiya döyüş meydanlarından ciddi məğlubiyyətə uğrayır”.

ƏrəstunOruclu: “Zaman-zaman müxtəlif dövlət başçıları haqqında, hətta çoxdan tarixə qovuşmuş dövlət başçıları haqqında bu tipli məlumatlar çox yayılıb. Stalinin, Hitlerin oxşarları haqqında əfsanələr gəzir”.

Son zamanlar Rusiya prezidenti Vladimir Putinin bənzərləri haqda məlumatlar artmaqdadır. Hətta bəziləri iddia edir ki, Putinin bir deyil, bir neçə bənzəri var və bu “Putinlər” müxtəlif yerlərdə Rusiya prezidentini əvəz edirlər. Rusiya prezidentin son Tehran görüşünü şərh edən Ukrayna hərbi kəşfiyyatının rəhbəri isə daha da uzağa gedərək Tehrana əsl Putinin deyil, oxşarının getdiyini izah elədi.

Ümumiyyətlə dövlət ənənlərində liderlərin bənzəri olurmu və onlardan istifadə olunurmu? Digər tərəfdən liderlərin bənzərlərinin olması dövlət üçün başqa bir istiqamatdən, misal üçün uzurpatsiya üçün təhlükə yaratmırmı?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçilər Qabil HüseynliƏrəstun Oruclu ilə müzakirə edib.

Qabil Hüseynli: “İnanmıram ki, onun bənzəri Putinin intellektual keyfiyyətlərini, danışıqlarını və bir sıra şəxsi keyfiyyətlərini dəqiqliklə icra etsin. Beləliklə də, ifşa edilməsin”.

Ukrayna xüsusi xidmət orqanının rəhbərinin Putinin oxşarı haqqında dediklərinin o qədər də həqiqətə uyğun olmadığını düşünən politoloq bildirib ki, əsil Putin qalır və fəaliyyət göstərir:

Rusiya prezidenti Vladimir Putinin oxşarı var. Amma bu oxşadan istifadə edildiyi haqda məndə məlumat yoxdur. Düşünürəm ki, Putinin oxşarını ehtiyyata saxlayırlar. Buna görə də Tehrana Putinin yox, onun bənzərinin göndərilməsi haqqında fikirlər həqiqət deyil.

İnsanın üzündə dəyişiklik edə bilərlər, müəyyən cərrahi əməliyyatla insanı-inana da oxşada bilərlər. Amma bütün insanların qulaqları bir-birindən fərqlənir. Oxşar keyfiyyətli qulaqları yaratmaq heç zaman mümkün deyil. Buna görə də Putinin oxşarı olan adam yaradılsa da, onların qulaqları bir-birindən fərqlənəcək. Mütəxəssislər Tehranda olan Putinlə, Moskvada olan Putini qulaqlarının eyni olduğu qənaətindədirlər. Bu nöqteyi-nəzərdən Tehrana həqiqi Putinin getdiyini təsdiq edirlər. Ukrayna xüsusi xidmət orqanının rəhbərinin Putinin oxşarı haqqında dedikləri o qədər də həqiqətə uyğun deyil. Onun söylədiklərini mən həqiqət hesab edə bilmərəm. Hələ ki, əsil Putin qalır və fəaliyyət göstərir.

Qabil Hüseynli: “Rusiyada liderin bənzərinin yaradılmasına ehtiyac var. Amma Putinin aqibətinin necə olacağını, oxşar variantının nə dərəcədə uğurla işləyəcəyini söyləməkdə çətinlik çəkirəm”.

Rusiya kimi nəhəng bir ölkədə liderin bənzərlərindən istifadə edilməsini zənnimcə, normal qarşılamaq lazımdır. Çünki Rusiya böyük bir imperiyadır və imperiya döyüş meydanlarından ciddi məğlubiyyətə uğrayır. Bu məğlubiyyət Rusiya üçün elə fəsadlar yarada bilər ki, ölkə üçün ağır vəziyyət olar. Buna görə də Rusiyada liderin bənzərinin yaradılmasına ehtiyac var. Amma Putinin aqibətinin necə olacağını, oxşar variantının nə dərəcədə uğurla işləyəcəyini söyləməkdə çətinlik çəkirəm. Çünki inanmıram ki, onun bənzəri Putinin intellektual keyfiyyətlərini, danışıqlarını və bir sıra şəxsi keyfiyyətlərini dəqiqliklə icra etsin. Beləliklə də, ifşa edilməsin.

Hər halda bu məsələ çox qəliz məsələdir. Bunun həyata keçirilməsi də kifayət qədər qəliz məsələdir”.

Ərəstun Oruclu: “Dövlət başçılarının oxşarının olub-olmaması dövlətin siyasətinə təsir etmir”.

Rusiya kimi ölkənin kollegial idarə olunduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, əsas məsələ də budur:

“Zaman-zaman müxtəlif dövlət başçıları haqqında, hətta çoxdan tarixə qovuşmuş dövlət başçıları haqqında bu tipli məlumatlar çox yayılıb. Stalinin, Hitlerin oxşarları haqqında əfsanələr gəzir. Amma əsas olan dövlət başçılarının oxşarının olub-olmaması deyil. Əsas dövlətin siyasətinə baxmaq lazımdır.

Putinin Ukraynaya qarşı müəyyən etdiyi müharibə davam edir və bu müharibə Putinin cızdığı sxem üzrə də davam edir. Yəni geri çəkilmək məsələsi yoxdur. Əksinə Ukraynaya qarşı hərbi təcavüz get-gedə gücləndirilir. Məğlubiyyətə, itkilərə baxmayaraq Rusiya geri çəkilmək istəmir. Önəmli olan da bu məsələdir. Putinin oxşarının olub-olmaması önəmli məsələ deyil.

Dövlət başçılarının oxşarının olub-olmaması dövlətin siyasətinə təsir etmir. Dövlət bir nəfər tərəfindən idarə olunmur. Sadəcə olaraq bir nəfər dövlətin ən yüksək vəzifəsində oturur. Söhbət Rusiya kimi ölkədən də gedirsə, təbii ki, o müəyyən mənada kollegial idarə olunur. Əsas məsələ də budur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar