Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət ən çox əhalinin aztəminatlı hissəsinə kömək edəcək” — Deputat

“Əhalini koronavirus pandemiyasından qorumaq məqsədilə dövlət sektorunda çalışan vətəndaşlar əməkhaqları ödənilməklə aprelin 29-dək məzuniyyətə çıxarılıb”...

“Özəl sferada çalışanların maddi durumunun necə olacağı sualı hamını düşündürürdü. Əhalinin bir qismi özəl sektorda – restoranlarda, mehmanxanalarda, ticarət, turizm, nəqliyyat sahələrində çalışırlar. Bu sahələr isə virus epidemiyası nəticəsində ən çox zərər görmüş istiqamətlərdir. Bu baxımdan dövlət dəstək proqramlarının əhəmiyyəti həqiqətən də misilsizdir”.

PİA.az xəbər verir ki, bunu sahibkarlar üçün hökumət tərəfindən təqdim edilən dövlət dəstəyi proqramlarını şərh edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən 9 proqramda özəl sferada çalışan 300 mindən çox işçinin gündəlik yaşam təminatının saxlanılmasına hesablanmış tədbirlərə geniş yer ayrılıb:

“Proqram belə demək mümkündürsə, 44 min sahibkarı əhatə edir ki, onların rəhbərlik etdikləri subyektlərdə 304 min vətəndaşımız çalışır. Ümumiyyətlə, ölkədə qanuni əsasla, yəni əmək müqaviləsi əsasında işləyən 1 milyon 555 min nəfər var. Onların 915 min nəfəri dövlət və neft sektorunun işçiləridir. Qalan 640 min nəfər isə özəl və qeyri-neft sferasında işləyirlər”.

E.Allahverdiyevin sözlərinə görə, həmin 304 min nəfər özəl və qeyri-neft sektorunu təmsil edən işçilərin 45% təşkil edir.

E.Allahverdiyev bildirib ki, 20 fəaliyyət istiqamətindən 11-i pandemiya nəticəsində ən çox zərər görmüş sahələrdir. O qeyd edib ki, məhz bu səbəbdən hökumət bu istiqamətlərə ciddi dəstək planı hazırlayıb:

“Götürək turizmi. Bu fəaliyyət sferası bütün dünyada dayanıb. Sərhədlər bağlı, gediş-gəliş yox. Turizm sferasının təmsilçiləri olan hotellər, istirahət mərkəzləri, restoranlar ən çox ziyan görən özəl bizneslərdir. Bura ticarət mərkəzlərini də əlavə etməliyik. Turizmlə ticarət bir-biriləri ilə sıx əlaqəli sahələrdir.

Turizmdən başqa, nəqliyyat və əyləncə sahələri də tam fəaliyyətsiz qalıblar. Bu sahələrdə gündəlik gəlir hesabına işləyən işçilər daha çoxdur. Deməli, əhalinin ən aztəminatlı qismi bu sferada çalışır. Məhz bu səbəbdən hökumət nəzərdə tutub ki, sözügedən istiqamətlərə 100%-lik yardım paketi tətbiq olunsun. Qalan 9 istiqamət isə nisbətən az ziyan görüb və onlara da 70%-lik güzəşt tətbiq ediləcək”.

Millət vəkili hesab edir ki, maddi dəstəyin sərf olunması mexanizminə diqqət yetirmək lazımdır:

“Yanvar ayında orta aylıq əmək haqqı 712 manat olub. Proqramda aylıq əmək haqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Orta aylıq əmək haqqı maksimal hədd kimi götürülüb. Sirr deyil ki, hamının əmək haqqı və dolanışıq səviyyəsi eyni deyil. Pandemiya hamıya ziyan vursa da, hər birimiz üçün eyni dərəcədə zərərə səbəb olmayıb.

Yəni orta aylıq əmək haqqından yüksək əmək haqqı alanla, az alan arasında bərabərlik işarəsi qoya bilmərik. Başqa sözlə, virus epidemiyası nəticəsində müvəqqəti olaraq bağlanan iş yerlərinə görə əhalinin aztəminatlı hissəsi, xüsusilə gündəlik gəlirlə dolanan təbəqə daha çox zərər çəkib və məntiqlə, əsas köməyə də onun ehtiyacı var. Bank, maliyyə, sığorta, rabitə sahəsinin işçiləri isə digərlərindən daha az itkiyə məruz qalıblar”.

E.Allahverdiyevin sözlərinə görə, dəstək proqramının mühüm bir özəlliyi ondan ibarətdir ki, yardım tədbirləri konkret olaraq məhz 44 min sahibkarlıq subyektini əhatə edir:

“Bu sahibkarlar fəaliyyətlərini şəffaf təşkil edən, vergidən yayınmayan, qanunla çalışan, işçiləri ilə əmək müqaviləsi bağlayanlardır. Əgər fəaliyyət qanuni zəmində qurulubsa, dövlət belə sahibkarlara niyə yardım etməsin? Karantin rejimi tətbiq edilərkən cənab Prezident İlham Əliyev sahibkarları işçilərini bu çətin zamanda ixtisar etməməyə çağırmışdı.

Dövlət başçısı bildirmişdi ki, belə hallar olarsa, ən azı bizim qlobal problem qarşısında bir xalq olaraq həmrəylik cəhdlərimizi sarsıltmış olar. Hansı sahibkar ki, bu çağırışa əməl edib, təbii ki, dövlətin hər cür dəstəyinə layiqdir”. (Trend)

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar