Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Baxçalı: "Məsələni badımcana yönəldənlər pis niyyətli insanlardır"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı partiyasının Aksarayda keçirdiyi mitinqə qatılıb, kütlə qarşısında çıxış edib

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, o, 31 martda baş tutacaq seçkinin xalqın istiqlal seçimi olduğunu dilə gətirib, diqqəti tərəvəz məhsullarının, o cümlədən, badımcanın bahalaşmasına yönəldənlərə qarşı sərt ifadələr səsləndirib.

“31 mart bələdiyyə seçkiləri istiqlal seçimidir. Məsələni badımcana yönəldənlər pis niyyətli insanlardır. Azadlığı badımcanla müqayisə etmək düşüncəsizlik deyilmi? Badımcan, pomidor yazda bollaşır. Arzu edirik ki, hər kəs öz arzuladığını yesin, içsin. Kiminsə süfrəsində gözümüz yoxdur, amma badımcan bahalıdırsa, bu dünyanın sonu deyil”, – deyə D. Baxçalı bildirib.

Qeyd edək ki, son aylar Türkiyədə bir sıra tərəvəzlər, o cümlədən, kartof, soğan bahalaşıb. Hətta soğan qıtlığı yarandığı üçün Türkiyə hökuməti Azərbaycandan soğan idxal edir.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanda da keçmiş Baş nazir Artur Rasi-zadə xiyarın baha olmasına münasibət bildirərkən demişdi ki, əgər xiyar bahadırsa, əhali duzlu xiyar yesin.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar