Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Dövlət başçısından üç minə yaxın şəhid ailəsi və müharibə əlilinə müjdə

Görüləcək işlər sırasında şəhid ailələrinə göstərilən dəstək xüsusi yer tutur. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilib. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq.

PİA.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində şəhid ailəsi və müharibə əlillərinə göstərilən dövlət qayğısından danışarkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin üzvlərinin hamısına mənzillər, evlər veriləcək. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcək.

Şəhid ailələrinə qayğının mənzillərin, yaxud da avtomobillərin verilməsi ilə bitmədiyini söyləyən Prezident deyib: “Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər. Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm”. ((musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Təhsil naziri icra başçısının müavininə vəzifə verdi

Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – Foto

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Elmira Axundovanın Qəbələdəki dəbdəbəli villasının videosu yayıldı

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

Əli Heydərovun qatili tapançanı avtobusa tullayıb

Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

Ən çox oxunanalar