Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Bahçeli: "Ülkü Ocaqları Şuşada məktəb tikəcək"

Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb inşa etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu partiya sədri tvitter səhifəsində yazıb.

“Ötən ilə öz damğasını vuran, milli könülləri sevincə boğan Qarabağ zəfəri türk millətinin son illərdə əldə etdiyi ən görkəmli, dastanvari uğurlarından biridir. Bu çərçivədə Qarabağın əbədi Azərbaycan yurdu olduğu təsdiqlənib, əsarət zəncirləri sökülüb atılıb.

Qarabağın döyünən ürəyi Şuşanın 2020-ci il noyabrın 8-də zülmdən xilas edilməsi müqaviməti qıraraq Ermənistan terror dövlətinin şikəst xəyallarını puça çıxarıb. Strateji mövqeyi ilə yanaşı, Şuşa türk mədəniyyəti və tarixinin simvoludur.

Azərbaycan sənət və fikir aləminin qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan türk uşaqlarının gələcəyi ilə bağlı hamımız mənəvi məsuliyyət daşıyırıq. Xüsusilə bu qədim türk şəhərinin təhsil həyatına dəstək vermək boynumuzun borcudur.

İşdir, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti cənab İlham Əliyev də uyğun görərsə, birbaşa tapşırığımla Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquz siniflik ibtidai məktəbin inşası əsas hədəfimizdir. Bu məsələdə malik olduğumuz bütün imkanlar səfərbər ediləcək və lazımi bütün tədbirlər görüləcək

Azərbaycanın Milli Himni 1920-ci il yanvarın 30-da qəbul edilib. Sözlərinin müəllifi Əhməd Cavad, bəstəkarı isə Şuşa doğumlu mərhum Üzeyir Hacıbəylidir. İnşasını arzuladığımız ibtidai məktəbin Üzeyir Hacıbəylinin adını daşıması, təməl atma mərasiminin isə qarşımızdakı 30 yanvar tarixində keçirilməsi mümkündür.

Təhsil bir millətin gələcək məşəlidir. Bu məşəlin varlığı nəsillərin şüurla yetişib, əxlaqlı böyüməsinə gətirib çıxaracaq. Sivilizasiyaların beşiyi doğru fikirdir və hər doğru fikir onu daşıyacaq beyinə və könülə sahib olanlarla birgədir.

Xüsusilə qeyd edirəm ki, Şuşanın susadığı təhsilə dəstək vermək bizim fikir və inanc borcumuzdur.

Farabi deyib ki, düşünmək ruhun özü ilə danışmasıdır. O ruh ki, türkün ruhudur. O düşüncə ki, türk istiqlalının memarıdır. Çox yaşa Şuşa, çox yaşa Qarabağ, çox yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - MHP sədri vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar