Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejiminə keçib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejiminə keçib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq.Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən Covid-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, Covid-19- un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar