Çərşənbə axşamı, 16 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dostu olmayan İran - tək qalan qorxulu Tehran 

İran dünyada dövlət başçısı və rəsmilərinə sanksiya tətbiq edilən tək-tük dövətlərdəndir. Məsələn, bu günlərdə Kanada parlamentinin Aşağı Palatası hökuməti İran Prezidenti İbrahim Rəisini sanksiyalar siyahısına daxil etməyə çağırıb. O, 1980-ci illərdə 30 mindən çox insanın məhkəməsiz edamı barədə hökm verənlərdən biri olmaqda ittiham edilir. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp da İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə sanksiya tətbiq etmişdi. Əvvəllər beynəlxalq güclər İranın keçmiş prezidentləri Əliəkbər Haşimi-Rəfsəncani, Mahmud Əhmədinejata qarşı da məhdudlaşdırıcı tədbirlər görüblər.

Bəs İran rəsmiləri niyə “qara siyahı"ya daxil edilir? İlk növbədə, terror və başqa dövlətlərin daxili işlərinə müdaxilə etdiklərindən onlar məhdudiyyətlərə məruz qalırlar. Mahmud Əhmədinejat 1979-cu il noyabrın 4-də ayətullah Xomeynini dəstəkləyən minlərlə iranlı tələbə və gənclərlə birlikdə ABŞ-ın Tehrandakı səfirliyinə basqın edənlər arasında olub. Onun terrorçular siyahısına daxil edilməsi ilə bağlı kampaniya da aparılıb. Son 40 ildir İran rəsmiləri insan hüquqlarını pozmaqda ittiham olunurlar. BMT-nin İran üzrə məruzəçisi Əhməd Şahid ölkəyə indiyədək buraxılmayıb. Ona görə də İslam Respublikasının hökumət başçıları bu məsələyə görə daima beynəlxalq ictimaiyyətin qınaqlarına məruz qalırlar.

İran hakimiyyətinin “İsrailə ölüm!” və “ABŞ-a ölüm!” şüarlarını ölkənin başlıca siyasi-ideoloji xətti olaraq yürütməsi, onları düşmən sayması bir çox mətləblərə aydınlıq gətirir. İstənilən dövlətin dostu, düşməni və rəqibi var. Bu baxımdan, başqa dövlətlərdə özünə dost, düşmən və ya rəqib olaraq tanıdıqlarının da fəaliyyətini izləməsi normal sayılır. Bu zaman beynəlxalq münasibətlər və hüququn qorunması vacib şərtlərdəndir. Başqa sözlə, ərazisində müşahidələr aparılan dövlətin təhlükəsizliyi, əmin-amanlığı və sabitliyinə xələl yetirilməsi yolverilməz sayılır. İran da qonşu və qonşu olmayan dövlətlərdə başqaları ilə yanaşı, İsrail, ABŞ və hərbi-siyasi təşkilat olaraq NATO-nun fəaliyyətini izləyir. Bu, müşahidə etmək və ya izləməklə bitimir. Tehran həmin ölkələrə üçüncü dövlətin ərazisində zərbə vurmaqdan da çəkinmir. Bununla beynəlxalq cinayətə yol verir.

Deməli, M.Əhmədinejatın kabinetində müdafiə naziri olmuş general Əhməd Vahidi də sanksiya tətbiq edilənlər siyahısındadır. İbrahim Rəisi də onu daxili işlər naziri vəzifəsinə təyin edib. İranın indiki daxili işlər naziri general Əhməd Vahidi 1994-cü ildə Argentinanın Buenos-Ayres şəhərində Yəhudilərin Mədəniyyət Mərkəzində terrorun törədilməsində ittiham olunur. Həmin cinayət nəticəsində 85 nəfər ölmüş, 300-dən çox adam yaralanmışdı. Argentina hökuməti Əhməd Vahidini beynəlxalq axtarışa verib. İttiham aktında bildirilib ki, bu terror aktını İran İnqilab Keşikçiləri Qvardiyası və Livandakı “Hizbullah” törədib. Ə.Vahidi onda qvardiyanın xaricdə fəaliyyət göstərən “Qüds” qoşununun xüsusi təyinatlı briqadasının komandiri olub. Argentina hüquq-mühafizə orqanları, İsrail kəşfiyyatının məlumatına görə, Ə.Vahidi terrorun törədilməsində əsas rollardan birini oynayıb. Məlumatlara görə, həmin terror aktı ilə bağlı “qırmızı bülleten”lə 6 nəfər barəsində axtarış elan edilib. Livan “Hizbullah”ı hərbi qanadının lideri olmuş İmad Muqniyə 2008-ci ildə Suriyanın paytaxtı Dəməşqdə maşında partlayış nəticəsində ölüb. Ə.Vahidi və dörd nəfər: Əli Fəllahician, Möhsün Rəbbani, Əhməd Reza Əsgəri və Möhsün Rezai (qvardiyanın keçmiş başçısı, prezidentliyə bir neçə dəfə namizəd olmuş, hazırda İran Məsləhət Şurasının katibi) isə İrandadırlar.

İran İsrail və ABŞ-ın Afrikada da fəaliyyətini izləyir. 2020-ci ildə Efiopiya hakimiyyəti İranın ölkə paytaxtında ABŞ və İsrailə qarşı terror hazırlayan 15 nəfərlik qrupunu aşkarlayıb. Efiopiya Milli Təhlükəsizlik Xidməti İrana məxsus terror qrupunun Sudanın Xartum şəhərində də diplomatik missiyaya hücum hazırladığını müəyyənləşdirmişdi. Bunları Əhməd İsmayıl adlı bir nəfərin idarə etdiyi bildirilirdi.

İran hakimiyyətinin Türkiyədə də İsrail vətəndaşlarına qarşı terror hazırladığına dair məlumat yayılıb. İsrail və Türkiyənin təhlükəsizlik orqanları - “Mossad” və MİT-in (Milli İstiqbarat Təşkilatı) keçirdiyi birgə əməliyyat nəticəsində İranın kəşfiyyat şəbəkəsinin Türkiyədə İsrail vətəndaşlarını qaçırmaq planları ifşa olunub. İsrail mediası Türkiyə polisinin ölkə ərazisində israillilərə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən 5-i iranlı olmaqla 8 nəfəri saxladığını bildirib. Məlumata görə, onların “Qüds” qoşununun üzvləri olduğu ehtimal edilir. İyunun 23-də Türkiyədə səfərdə olmuş İsrailin xarici işlər naziri və müvəqqəti Baş naziri Yair Lapid Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə iki ölkənin kəşfiyyat xidmətinin keçirdiyi birgə əməliyyatı təsdiqləyərək İranı Türkiyənin suverenliyinə qəsd etməkdə suçlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 24-də keçirdiyi brifinqdə ölkəsinə qarşı iddiaları təkzib edib.

Rəsmi Ankara 20 ilə yaxındır İranı Türkiyə üçün təhlükəli dövlətlər siyahısından çıxarıb. Türkiyə hakimiyyəti İrana qarşı çoxsaylı təziyiqlərin qaşrısını alıb. Hətta İstanbulda bu ölkənin atom proqramının dinc məqsədli olmasına dair beynəlxalq konfrans belə keçirib. Qərbdən olan müttəfiqlərinin İslam Respublikasına qarşı son illər tətbiq etdiyi sanksiyalara, demək olar, qoşulmayıb. Bu siyahını artırmaq da olar. İran uzun illərdir Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən terrorçu təşkilatları dəstəkləyib. Suriyaİraqdan Türkiyəyə hücumlara yardım edib. Son illər belə zənn edilirdi ki, dünyada və regionda yaranan vəziyyətdən çıxış edərək rəsmi Tehran Türkiyəyə qarşı pozuculuq fəaliyyətinə ara verib. Ancaq son hadisələr bunun belə olmadığını təsdiqlədi. İranın Türkiyəyə qarşı terror fəaliyyəti cinayətdir. Bir ölkənin ərazisində terror və başqa əhatəli cinayətlər qarışıqlıq, xaos yaradır. Bu həmin dövlətdə hakimiyyətə etimadsızlığın yaranmasına təkan verir. Belə hadisələr ölkənin suverenliyi və təhlükəsizliyini təhdid edir. Deməli, Tehran hakimiyyəti üzdə Türkiyə ilə mehriban qonşuluqdan danışaraq alt qatda qonşu dövlətdə xaos yaratmaq, onu zəiflətmək üçün fəaliyyət göstərirmiş. Hüquqda bu kimi əməllər beynəlxalq cinayət sayılır.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu dövlətin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Bu baxımdan, Türkiyəyə qarşı pozuculuq həm də Azərbaycana qarşı pis addım sayılır. Azərbaycan həm də İranın qonşusudur. İranın isə özünə dost bildiyi qonşu dövlət yoxdur. Ermənistan müstəqil olmadığından Tehran-İrəvan münasibətləri elə də ciddi hadisə deyil. Çünki İran Ermənistan münasibətlərini Rusiya vasitəsilə tənzimləyir. Dinindən asılı olmayaraq, İslam Respublikası qonşularla gərgin münasibətdədir. Bu onu göstərir ki, problem İran hakimiyyətindədir. Hamıdan şübhələnmək, hamını düşmən saymaq psixoloji natamamlıq kompleksidir. İsrail və ABŞ-la əlaqəsi olan, onunla xoş münasibət qurub əməkdaşlıq edən istənilən dövlətin İrana qarşı “ittifaq” yaratdığını düşünmək normal məntiqin məhsulu deyil. Tehran hakimiyyəti ölkə vətəndaşlarına qarşı da belə şübhəli davranır. Etiraz edən vətəndaşa xarici dövlətin casusu damğasını vurur. Bu hal İranın dəyişməsinin vacibliyini deməyə əsas verir. Əks halda faciə qaçılmazdır...(report)

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı generaldan açıqlama

İcra başçısının nümayəndəsinin həbsi ilə bağlı yeni detallar - Foto

Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb - bir nəfər həbs edilib

13-cü mərtəbədən yıxılaraq ölən uşağın atası həbs edildi - Rəsmi

İran Cənubi Qafqazda Ermənistan üçün Rusiyanı əvəz edə bilərmi?..

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” cavabı gəldi

Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Təfərrüat

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi - Foto

Özünü erməni dövlətçiliyinin “qurucu babası” sayan ABŞ prezidenti – Vaşinqtonun tükənməyən erməni sevgisi...

Ən çox oxunanalar