Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib - Foto

DOST Agentliyinin təşkilatçılığı ilə Qarabağ zəfərinə həsr olunan "DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib. Tədbir ZOOM proqramı üzərindən onlayn formada yayımlanıb.

Agentlikdən bildirilib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və cəmi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı böyük tarixi qələbə qazandı.

Nazir qeyd edib ki, tədbirdə çıxış edəcək şəxslər Vətən Müharibəsi dövründə öz sahələri üzrə xalqımız qarşısındakı borclarını ləyaqətlə yerinə yetirib və gördükləri işlərlə dövlətimizə, xalqımıza, ordumuza dəstək olublar. Bu gün onlar bizimlə gördükləri işləri bölüşəcək və əldə etdikləri bu uğurun səbəblərini açıqlayacaqlar.

Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də çıxış edərək bildiriblər ki, son illər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, bu siyasətlə bağlı baş tutan tədbirlər, gənclərin vətəpərvər ruhda yetişməsi dövlətimizin Vətən Müharibəsindəki möhtəşəm qələbəsinin bünövrəsi olub. Qeyd olunub ki, sentyabr ayında qələbənin qazanılması üçün lazım olan üç amil – dövlətin, ordunun və xalqın birliyi var idi və bu birlik bizi şanlı Qələbəyə apardı.

Tədbir DOST Könüllülərinin Qələbənin qazanılmasında ən böyük pay sahibləri olan Şəhidlərimizə ithaf etdiyi musiqili kompozisiya ilə davam edib.

Daha sonra hərbi reportyor, teleaparıcı Heydər Mirzə, Brüssel Universitetinin məzunu, Şuşa döyüşlərinin iştirakçısı Ülfət Hacıyev, Vətən Müharibəsi günlərində dəfələrlə yardım kampaniyaları təşkil edərək cəbhə bölgəsinə çatdırılmasını təmin edən Qorxmaz Aydınlı, informasiya müharibəsində əhəmiyyətli rolu olan “Amerikansayağı Bakı” səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəy, idman jurnalisti, Şuşa uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Daşqın Əziz, Şəhid ailələri üçün 200.000 ABŞ dolları məbləğində ianə toplamış Çikaqoda yaşayan Türyan Məmmədov, cəbhədə yaralı əsgərlərimizi müalicə edən və partlayış nəticəsində kontuziya alan həkim Müseyib Şərifzadə və İnformasiya müharibəsinin daha bir aktiv iştirakçısı Fərid Pərdəşünasın çıxışları dinlənilib. Onlar çıxışları zamanı Vətən Müharibəsi ilə bağlı xatirələr, müharibədən sonrakı həyatları, Azərbaycanda hərb sahəsinin son illərdəki inkişafı, yardım kampaniyalarının təşkili, informasiya müharibəsində görülən işlər, cəbhəyə və şəhid ailələrinə dəstək üçün yardımların toplanması və s. mövzularda fikirlərini və xatirələrini bölüşüblər.

Qeyd edək ki, tədbir gənclərə vətənpərvərlik ruhunun aşılanması və onları bu istiqamətdə motivasiya etmək məqsədi daşıyıb. Ümumilikdə 500-ə yaxın iştirakçı ZOOM proqramı üzərindən tədbirə qoşulub, DOST Agentliyinin rəsmi facebook səhifəsi üzərindən də canlı yayım təşkil edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar