Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd il geriyə:"Kommersant" müxbirinin Ermənistan-Azərbaycan sərhəddində son gərginliyə baxışı

Kirill Krivoşeyev

“Kommersant”, 20.06.2020

Ötən həftə Ermənistan-Azərbaycan sərhədində artıq “dördgünlük müharibə” adlandırılan son bir neçə ilin ən böyük silahlı toqquşması baş verib. “Kommersant”ın müxbiri Kirill Krivoşeyev sərhəddə yerləşən Azərbaycan kəndlərinə, yerli sərhəd məntəqəsinə və Bakıdakı yüksək vəzifəli şəxslərə baş çəkərək, məyusedici bir nəticəyə gəlib: münaqişənin qızışması bəlkə də gözlənilmir, amma baş verənlər tərəflərin qarşılıqlı inamına ağır zərbə vurub və Qarabağ münaqişəsinin nizamlanması prosesini geriyə atıb.

Sərhəddə

Ermənistanın Tavuş və Azərbaycan Tovuz rayonları arasındakı sərhəddə döyüşlər 12-16 iyul tarixlərində davam edib, dördüncü gündür ki, atəş səsləri eşidilmir və bu, mövcud kəskinləşmənin bitdiyinə ümid etməyə imkan verir. Ancaq vəziyyəti “sakit” adlandırmaq olmaz. Artıq Azərbaycan tərəfdən zərər çəkmiş kəndlərə vurulan ziyan hesablanır və partlamamış mərmilərə görə əraziyə minaxataranlar cəlb olunub.

Dondar Quşçu kəndinin sakini Nəsib Qurbanov qoltuqağacına dayaqlanaraq gəzir, onun ciddi oynaq problemləri var. Fəal döyüş günlərində o, arvadı ilə birlikdə xəstəxanaya gedib və bu, onların həyatını xilas edib. Cütlük evə dönüb və iyulun 18-də səhər arvad mal-qaraya ot vermək üçün evdən çıxdıqda, həyətdə böyük bir çala görüb.

Çağırışla gəlmiş ANAMA əməkdaşları “Kommersant” müxbirinə işlərini izləməyə icazə veriblər. Doğrudur, mütəxəssislər mərminin partladığına əmin olana qədər həyətdə təxminən yarım saat gözləməli olduq. “Qəlpələri axtaracağıq, amma bəlkə də onları tapa bilməyəcəyik, çox uzağa səpələniblər”, – deyə əlində sarı rəngli metal detektoru tutan bir ANAMA əməkdaşı izah edib.

Digər bir küçədə, “Kommersant”ın müxbirinə evlə hamam otağının arasında ilişib qalmış mərmini göstəriblər. Zərbə dalğası divardan bir neçə kərpic qoparıb. Bu, bir neçə gün əvvəl baş verib və gəlişimə qədər mərmi zərərsizləşdirilib.

Dondar Quşçu sərhəddən səkkiz kilometr məsafədə, Tovuz rayonunda digər zərər görmüş kəndlərdən daha uzaqda yerləşsə də, ən çox dağıntı məhz burada olub: 12 ev dağılıb, ikisi tamamilə. Hərbiçilər, həmçinin hədəf məsafəsi 15 km-ə çatan “D-30” toplarından atəş açıldığını müəyyən ediblər. Belə bir mərmi, yəqin ki, iki yetim bacının – 20 yaşlı tələbə Roza və 22 yaşlı tibb bacısı Biranənin evinə dəyib. Eyni həyətdə qohumlarının bir evi var, orada bütün pəncərə şüşələri partlayış dalğası ilə çilik-çilik olub.

“Kommersant” müxbirinin görüşdüyü yerli sakinlərin sözlərinə görə, 1994-cü ildən bəri belə hücumlar baş verməyib.

“Əvvəllər də atışmalar olub, amma mərmilər sərhəddəki tarlalara düşüb, – yaşlı qadın Qacar Şəmşəddinli deyir – Bir gün əvvəl bura Suriya kimi idi”.

Ağdam kəndində, gərginlik zamanı ölən yeganə mülki şəxsin – 76 yaşlı Əziz Əzizovun evində də “Kommersant”ın müxbirinə eyni şeyi deyiblər. “O, Qarabağ müharibəsi veteranı və sağlam bir insan idi. Partlayış olmasaydı, 90 yaşına qədər yaşaya bilərdi”. Bunu mərhumun qızı və qardaşıqızı deyiblər.

Onların kimə atəş açdığı anlaşılmır, deyə yerli sakinlər təəccüb edir. Azərbaycan əsgərləri kəndə yalnız digər tərəfdən atəş açıldıqda gəliblər. Burada Azərbaycan artilleriyasının atəşini eşidiblər, amma hamı bunun cavab atəşi olduğunu iddia edir.

Mərhum Əzizovun yaşadığı Ağdam kəndi Azərbaycan səngərləri ilə əhatələnib, lakin “Kommersant”ın müxbirinə küçəyə çıxıb heç olmasa uzaqdan ora baxmağa icazə verilməyib. Deyiblər ki, öz təhlükəsizliyinə görə: artilleriya dueli zamanı zərər görən erməni Çinari kəndi burdan düz beş kilometr məsafədədir.

Nəticədə, “Kommersant” müxbiri qonşu Qazax rayonunda Azərbaycan-Ermənistan sərhəddinin necə olduğunu görə bilib.

Bu, Ermənistanla Azərbaycan arasındakı sərhədin ordu deyil, sərhəd qoşunlarının qoruduğu yeganə hissəsidir. Son gərginlik zamanı orada atışma baş verməyib, lakin polkovnik Müzəffər Pərizadənin sözlərinə görə, bu il insidentlər baş verib və ərazidə həlak olanlar da var.

Həqiqətən, yaxınlığında sarımtıl bir dağın olduğu “Qızıl qaya” məntəqəsi kiçikdir, lakin yaxşı təchiz olunub. Oradakı səngərlər daşla hörülüb, böyüdücü kameraları var. “Kommersant”ın müxbiri periskop vasitəsilə erməni mövqelərini görməyə çalışıb, lakin qayalı zirvələrindən başqa heç nə ayırd edə bilməyib.

Zabit yeməkxanasında çay içərkən, bir anda ekranda siluet görünüb: o, erməni tərəfdən avtomobil şinlərindən düzəldilmiş istehkama qalxırdı. “Biz atəşkəsi pozmuruq, buna görə də, onu gördüyümüzü belə bilməyəcək”. Bunu polkovnik Pərizadə deyib. “Əvvəllər irəliləməyə çalışırdılar, əlbəttə ki, uğur qazana bilmədilər”.

Rabitə mexanizmi

Münaqişənin indiki gərginləşməsinə nəyin səbəb olduğu hələ məlum deyil. İrəvanda deyirlər: Azərbaycan ordusunun əsgərləri “UAZ” avtomobili ilə erməni postuna tərəf hərəkət edib, ancaq düşməni gördükdə, avtomobili tərk edərək qaçıb və sonra atəş açıblar. Erməni tərəfi dəlil olaraq videoya istinad edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahli “Kommersant” müxbirinə “UAZ”-la bağlı videonun ermənilər tərəfindən təxribat məqsədi ilə nümayiş olunduğunu bildirib. O deyib: “Bu versiyanı tamamilə istisna edirik”.

Necə olursa-olsun, ancaq 2018-ci ildə Düşənbədə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyan arasında görüşdən sonra qurulmuş rabitə mexanizmi, yumşaq desək, ideal işləmir. Vaqif Dərgahlının sözlərinə görə, bu əlaqə hərbçilər tərəfindən deyil, başqa bir idarə tərəfindən həyata keçirilir. Hansı – o dəqiqləşdirmədi.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü “Kommersant”a bildirib ki, Ermənistandakı Metsamor AES-ə raket zərbəsi endirilməsi ehtimalı ilə bağlı sensasiyalı açıqlaması heç bir səhv deyil: “Erməni tərəfi müdafiə naziri, müdafiə nazirinin müavini və digər hökumət rəsmiləri səviyyəsində Mingəçevir SES-ə atəş açacaqlarını bildiriblər. SES təpənin üstündə yerləşir və Metsamora zərbədən daha az bir fəlakətli ola bilər”.

Yalnız mütəxəssislər Ermənistan mediasında Mingəçevir SES-ə zərbə endirməklə bağlı hədələri səsləndiriblər, rəsmi şəxslərin müvafiq açıqlamalarını tapmaq mümkün olmayıb.

“Kommersant”ın həm Bakı, həm də İrəvandakı həmsöhbətləri etiraf edirlər ki, 12-16 iyul döyüşləri son vaxtlar əldə olunan diplomatik uğurların çoxunu sıradan çıxarıb.

“2016-cı ildə Azərbaycan sülh prosesinə ağır zərbə vurub. Onun nəticələri hələ də tam aradan qaldırılmayıb, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan “Kommersant”a bildirib. – Son iki ildə müəyyən müsbət dəyişikliklər qeydə alınıb: atəşkəs rejiminin pozulması sürəti azalıb, xalqları sülhə hazırlamaq barədə razılıq əldə edilib, bunun reallaşdırılması üçün ilk addım jurnalist mübadiləsi layihəsi idi. Axır aylarda Azərbaycan rəhbərliyinin nifrət dolu ritorikası və təhdidləri, son gərginlik fonunda səsləndirilən bəyanatlar sülh prosesini 2016-cı ilin aprel ayına qaytarıb”.

Deməli, tərəflərin humanitar mübadilə vasitəsilə gücləndirdiyi etimad, erməni diplomatların rəyincə, bu andan etibarən bərpa olunmalı olacaq. Xanım Nağdalyan bildirib: “Biz əvvəllər xalqları sülhə hazırlamaq barədə razılığa gəldik. Ancaq son hadisələr və Azərbaycan rəhbərliyinin təcavüzkar açıqlamaları göstərib ki, Azərbaycan hakimiyyəti xalqı deyil, əksinə, Azərbaycan xalqı öz hakimiyyətini sülhə hazırlamalıdır”.

Bakıda “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə də, öz növbəsində, əmindir: Ermənistan-Azərbaycan danışıqlarının hər hansı bir əsasdan məhrumdur, buna görə də, humanitar tədbirlər nəticə verməyib. “Son illərdə gördüklərimiz qəzalı binada kosmetik təmir kimi bir şey idi. Səmərəli danışıqlar üçün hər bir tərəfin qəbul edəcəyi ortaq prinsiplər hazırlamalıyıq. Burada moderatorların və vasitəçilərin rolu çox vacib olacaq”. (Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar