Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
100 ən yaxşı şahmatçı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.
Hərəyə bir pillə irəliləyən Nicat Abbasov 2668 xalla 71-ci, Qədir Hüseynov 2665 xalla 74-cüdür. Daha çox – 3 addımlıq sıçrayış edən Rauf Məmmədov isə 2654 xalla 92-ci pillədədir. Arkadi Naydiç isə fasilədən sonra 100-lüyə daxil olub. O, 2649 xalla 100-cüdür.
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 30-cu yerə yüksəlib. Gülnar Məmmədova 2382 xalla 81-cidir. 6 xal geri qalan Xanım Balacayeva 90-cıdır. Hər iki şahmatçı bir pillə geriləyib.
pia.az