Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donbasdakı son durum açıqlandı

Ötən gün ərzində - 27 noyabrda Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmalarını altı dəfə pozub. Ukrayna hərbçilərinin şəxsi heyəti arasında itki və ya yaralanan yoxdur.

Bunu Ukrayna Birgə Qüvvələrin Qərargahı açıqlayıb.

Qeyd olunub ki, xüsusilə Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında qarşı tərəf lüləaltı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan atəş açıb. Vodyanoe yaşayış məntəqəsi tərəfdə yaraqlılar iriçaplı pulemyotdan və Opıtnı yaşayış məntəqəsinin yanındakı ərazidə tank əleyhinə əl qumbaraatandan istifadə edib.

Bundan başqa, vilayətin Şumı yaşayış məntəqəsi yaxınlığında separatçı qüvvələr lüləaltı qumbaraatan və atıcı silahdan istifadə edərək 2 dəfə təxribata əl atıblar. Bildirilib ki, Katerinovka yaxınlığında qarşı tərəf müxtəlif sistemli qumbaraatanlardan və atıcı silahlardan atəş açıb.

Vurğulanıb ki, Ukrayna hərbçiləri düşmənin hədəflənməmiş atəşinə cavab verməyiblər.

Məlumata görə, sutkanın əvvəlindən yaraqlılar Vodyanoy ətrafında atəşkəs rejimini pozub. Qarşı tərəf atıcı silahlar, müxtəlif sistemli qumbaraatanlar, 120 mm və 82 mm çaplı minaatanlardan istifadə ediblər.

Qeyd edək ki, ötən gün Ukranya silahlı qüvvələrinin işğal altında olan bəzi məntəqələri azad etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar