Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp sabiq səfirdən niyə inciyib?

ABŞ prezidentindən izah...

Donald Tramp ABŞ-ın Ukraynadakı keçmiş səfirindən incik düşüb.

Strateq.az “The Hill”-ə istinadla xəbər verir ki, Tramp deyib: “Bu qadın mələk deyil. Onun bir çox əməlləri xoşuma gəlmədi”.

ABŞ prezidenti keçmiş səfir Mari Yovanoviçdən inciməsinin səbəbini də izah edib: “O, səfirlikdə mənim şəklimi divardan asmamışdı”.

Xatırladaq ki, ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç prezident Trampın impiçmenti prosedurunun icrasının mümkünlüyü üzrə dinləmələr çərçivəsində noyabrın 15-də Konqresdə ifadə verib. Bir neçə saat davam edən dinləmələrdə Yovanoviç prezident Trampın və onun müttəfiqlərinin Ukraynaya və Co Baydenə münasibətdə addımları ilə bağlı qanunvericilərin çoxsaylı suallarına cavab verib.

O deyib ki, Ukrayna və ABŞ prezidentlərinin 25 iyul tarixli qalmaqallı söhbətinin bu ilin sentyabrında açıqlanmış stenoqramını oxuyandan sonra təşvişə düşüb. Stenoqrama görə, Donald Tramp prezident Zelenskiyə deyib ki, Mari Yovanoviç pis işləyib və “o, bəzi nəticələrlə üzləşməli olacaq”. Keçmiş səfir bu bəyanatı təhdid kimi qəbul edib. O bildirib ki, bu sözlər onu qorxudur. İki prezidentin telefon danışığında Tramp onu “bədxəbər” də adlandırıb.

Bu, səfirin Konqres dinləmələrində ikinci çıxışıdır. Birinci dinləmə oktyabrın əvvəlində qapalı keçirilib. Onda Yovanoviç ABŞ prezidentinin fəaliyyəti ilə bağlı ilk ifadəsini verib. Amerika KİV-lərinin yazdığına görə, o vaxt səfir bildirib ki, Trampın şəxsi vəkili Rudi Culiani onun nüfuzuna kölgə salmağa çalışıb.

Bundan əlavə, Yovanoviçin sözlərinə görə, ABŞ-ın Avropa İttifaqındakı daimi nümayəndəsi Qordon Sondland ona əgər öz işini saxlamaq istəyirsə, “Twitter” səhifəsində Donald Trampın ünvanına tərifli sözlər yazmağı məsləhət görüb.

Səfir onunla bağlı çoxsaylı şikayətlərə və Trampın Prezident Zelenskini keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter barəsində araşdırmaya başlanmasına inandırmaq cəhdlərinə mane olduğuna görə ABŞ Prezidenti tərəfindən geri çağırılıb.

Prezident Trampın tərəfdarları Yovanoviçi bunda ittiham edirlər ki, o, Ağ Evin başçısına tez-tez böhtan atıb və Ukraynada korrupsiyanı hər vəchlə ört-basdır etməyə çalışıb. Trampın özü də bu barədə dəfələrlə danışıb.

Donald Tramp dinləmələr zamanı “Twitter” səhifəsində yazıb: “Mari Yovanoviçin olduğu bütün yerlərdə işlər pis gedib”.

İmpiçment işi üzrə araşdırmanın mərkəzində Trampın Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı dayanır. Demokratlar Prezidenti bunda ittiham edirlər ki, o, hərbi ehtiyaclar üçün Ukraynaya maliyyə yardımını müvəqqəti dayandırıb və bu ilin iyulunda baş tutmuş telefon danışığı zamanı, ehtimal ki, Vladimir Zelenskini sabiq vitse-prezident Co Bayden və vaxtilə Ukraynanın qaz şirkətində işləmiş oğlu Hanter barəsində araşdırma aparılmasına vadar etməyə çalışıb.

Co Bayden Demokratlar Partiyasından 2020-ci il prezident seçkilərinə namizədliyə aparıcı iddiaçılardan biridir. Tramp sonunda Ukraynaya maliyyə yardımını bərpa edib, lakin müstəntiqlər bu iki addım arasında əlaqənin olub-olmadığını bilmək istəyirlər, çünki bir çoxları belə bir əlaqəni prezident hakimiyyətindən sui-istifadə kimi qiymətləndirərdi.

Mari Yovanoviç təqribən 3 il (2016-cı ilin avqustundan 2019-cu ilin mayınadək) ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində işləyib.

pia.az


Etiket: Donald Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar