Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp Cozef Baydenlə debatların daha tez keçirilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp prezident postuna seçkilərin namizədləri arasında televiziya debatlarının ölkə vətəndaşlarının poçt vasitəsilə növbədənkənar səsvermə imkanı əldə etmədən öncə keçirilməli olduğunu hesab edir.

Donald Tramp bu barədə Fox Business telekanalına müsahibəsində deyib.

“Debatlarda iştirak etmək istəyirəm. Seçicilərin bülletenləri poçt vasitəsilə göndərilmədən öncə heç olmasa bir debat keçirilməlidir”, - deyə ABŞ Prezidenti bildirib.

Televiziya debatlarının sentyabrın 29-da keçirilməsi planlaşdırılan ilk raundunda Donald Trampın rəqibinin ölkənin sabiq vitse-prezidenti Cozef Baydenin olacağı gözlənilir. O vaxta qədər ABŞ ştatlarının yarıdan çoxunun hakimiyyət orqanları artıq bülletenləri göndərməyə başlayacaq. Onların arasında ən birincisi Şimali Karolina ştatı olacaq. Bu ştatın seçiciləri sentyabrın 4-dən başlayaraq bülleten alacaqlar.

“İnsanlar debatları izləmədən səsvermə imkanı qazanacaqlar. Bülletenlər göndərilmədən debatların heç olmasa, bir raundu baş tutmalıdır”, - deyə Donald Tramp sözlərinə əlavə edib və debatların daha tez keçirilməli olduğunu deyib.

Donald Tramp bundan öncə prosedurun şəffaf olmaması və bülletenlərin hesablanmasının çox uzun çəkməsi səbəbindən poçt vasitəsilə səsverməni dəfələrlə tənqid edib. Onun sözlərinə görə, bu üsulla səsvermə zamanı mümkün qanun pozuntuları səbəbindən bu, ABŞ tarixinin ən ədalətsiz seçkisi ola bilər.

ABŞ Demokratik partiyasının nümayəndələri isə pandemiya şəraitində belə səsvermənin seçki məntəqəsində koronavirusa yoluxma riski olmadan iştirakın yeganə üsulu olduğunu hesab edirlər.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.(AzərTac)

pia.az 


Etiket: Donald Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar