Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollarsız dünyanı necə təsəvvür etmək olar?

Dollların dünya ticarətinə hakim olmadığı halda ABŞ iqtisadiyyatı yenə də dünyanın aparıcı və qlobal iqtisadiyyatı olmaqda davam edə bilərmi, yoxsa dolların hakimiyyətinin bitməsi ABŞ-ın supergüc olaraq sonunun çatması anlamına gələcək?

Ekspert: “Amerika iqtisadiyyatını çökməyə qoymayan qarşılıqsız dollar emissiya etməsidir”

“Son dövrlərdə, xarici ticarətdə dollardan və ya digər üçüncü sərbəst dönərli valyutadan imtina edilməsi və milli valyutaların daha çox işlək vəziyyətə gətirilməsi mövzuları tez-tez gündəmə gətirilir”.

Bu sözləri iqtisadçı ekspert Vüsalə Əhmədova yaxın illərdə dolların dünya iqtisadiyyatına təsir gücünü itirməsi ilə bağlı iddiaları PİA.az-a şərh edərkən bildirib.

Dünyanın bəzi aparıcı iqtisadçı ekspertləri düşünürlər ki, dolların dünya hökmranlığı sona çatır. Ekspertlər hesab edirlər ki, dünya bazarında iqtisadi güclər arasında gedən müharibədə ABŞ-ın diktələrinin yüksəlməsi dollara olan münasibəti dəyişməyə başlayıb Bunu amerikalı mütəxxəssilər və bəzi FES üzvləri də artıq etiraf etməyə başlayıblar. Hətta “Bloomberg”in ekspertləri “Dolların hökmranlığı sona çatır”, - deyə fikirlər səsləndirməyə başlayıblar.

Qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya ABŞ valyutasında aktivlərini azaldır. Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

“Bloomberg” yazır ki, buna baxmayaraq, qlobal ödəniş vasitəsi kimi dollar hələ də liderliyini qoruya bilir. Bunun üçün ABŞ valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir.Qeyd edək ki, artıq dollardan Rusiya və Türkiyə maliyyə bazarının vurulmasında güclü vasitə kimi istifadə olunur.

Bu iddilar nə qədər özünü doğrulda bilər və ABŞ dolları dünya valyutası olmaqdan çıxarsa, dünya iqtisadiyyatında hansı prosseləır baş verə bilər?

Bu suallarla PİA.az-ın əməkdaşı iqtisadçı ekspert Vüsalə Əhmədovaya müraciət edib.

Vüsalə Əhmədova: “Əvəzsiz dollar çap etmə səlahiyyəti FED-in əlindədir, FED isə nəzərinizə çatdırım ki, dövlətin mülkiyyətində deyil”.

Sualımızı cavablandırab ekspertin fikrincə dolların hakim mövqeyinin itirməsi mümkündür, lakin buna uzun müddət lazımdır. Vüsalə Əhmədovanın fikrincə qanunveribazası yaradılarsa, yaxın gələcəkdə kriptovalyutalar, xüsusən “Bitkoin” dolların yerini tuta bilər:

“Xatırlatmaq istərdim ki, hazırda beynəlxalq ticarətin təxminən 60%-i dollarla, 40%-i avro ilə, 20%-i isə digər valyutalarla həyata keçirilir. Beynəlxalq ehtiyatların da böyük qismi dollar, avro və qızıldan ibarətdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ dollar(dolayısıyla FED) vasitəsilə dünya pul tədavülü üzərində hakimiyyəti ələ keçirmiş vəziyyətdədir. 1945-ci ildə prezident Harry S. Truman-ın dövründə 44 müttəfiq ölkə ABŞ-ın liderliyində “Bretton Woods” razılaşmasına imza atdılar. Qüvvəyə minən razılaşmanın ən önəmli xüsusiyyəti bu idi ki, dünya valyutalarının ABŞ dollarına, dolların isə qızıla indeksasiya edilməsi nəzərdə tutulurdu. Ölkələr isə hər necə olsa da, istədikləri zaman əllərindəki dollarları qızıla çevirə biləcəkləri rahatlığı ilə dollar toplamağa davam etdilər. Məhz həmin dövrdən Amerikanın dünya üzərində hakimiyyətinin təməli qoyulmuş oldu, necə deyərlər “Amerika Əsri” başladı.

1971-ci il dekabr ayında prezident R. Niksonun hakimiyyəti dövründə “Bretton Woods” razılaşması ləğv edilsə də, yerini əvəzsiz dollar çapı aldı. Sistem çöksə də həmin ölkələr əllərində toplanmış dollarlardan istifadəyə və ehtiyat olaraq saxlamağa davam etdilər. Zamanla daha çox ölkələr dollardan istifadəyə başlayınca, necə deyərlər bu bir trendə çevrildi. 1973-cü ildə dünya neft böhranından sonra Ərəb neftinin dollara yönləndirilməsi nəticəsində isə dollara olan tələbin sabitləşməsi təmin edildi və Amerika hegemoniyası “yeni dünya düzəni” adı altında təkrar təsdiqləndi.

Vüsalə Əhmədova: “Prezidentlər A. Lincoln və J. F. Kennedy-nin dövründə dolların mövcud statusuna qarşı bır sıra cəhdlər edilsə də, həmin prezidentlərin müəmmalı aqibəti bu günədək sirr olaraq qalmaqdadır”.

Dünyanın ən geniş istifadə olunan valyutası dollar ABŞ-ın dünyanı nəzarəti altında saxlamasını təmin edən ən önəmli vasitələrdən biridir. Əvəzsiz dollar çap etmə səlahiyyəti FED-in əlindədir, FED isə nəzərinizə çatdırım ki, dövlətin mülkiyyətində deyil.

Məhz prezidentlər A. Lincoln və J. F. Kennedy-nin dövründə dolların mövcud statusuna qarşı bır sıra cəhdlər edilsə də, həmin prezidentlərin müəmmalı aqibəti bu günədək sirr olaraq qalmaqdadır. 2008-ci il qlobal iqtisadi böhranından sonra QE (Quantitative Easing) adı altında yürüdülən pul siyasəti ilə, əvəzsiz çap edilərək tədavülə buraxılan trilyonlarla dolların haradasa yarısının beynəlxalq bazarlarda hakimiyyəti ələ almış maliyyə inhisarçılarının xəzinələrinə axdığı da məlumdur. 1972-ci ildən günümüzədək əvəzsiz çap edilərək tədavülə buraxılan, kağız dəyəri sadəcə 6 sent təşkil edən dolların dünyadakı məcmu dövriyyə miqdarı nə qədər qəribə olsa da ictimaiyyətə açıqlanmır.

ABŞ dolları xüsusilə inkişaf etməkdə olan ölkələrin xarici ticarətdə istifadə etdikləri əsas pul vahididir və həmin ölkələrin iqtisadi həyatlarında tam olaraq həlledici rola malikdir. Yəni, dollardan belə tez bir zamanda qurtulmaq mümkün ola biləcəyini düşünmürəm.

Vüsalə Əhmədova: “2008-ci il qlobal iqtisadi böhranından sonra əvəzsiz çap edilərək tədavülə buraxılan trilyonlarla dolların haradasa yarısının beynəlxalq bazarlarda hakimiyyəti ələ almış maliyyə inhisarçılarının xəzinələrinə axdığı məlumdur”.

Son dövrlərdə, xarici ticarətdə dollardan və ya digər üçüncü sərbəst dönərli valyutadan imtina edilməsi və milli valyutaların daha çox işlək vəziyyətə gətirilməsi mövzuları tez-tez gündəmə gətirilir. Dollarsız ticarətin nə olduğuna açıqlıq gətirmək istərdim. Bunun üçün, razılıq əldə edəcək ölkələrin Mərkəzi Bankları milli valyutalarında bir sabitləşmə həyata keçirirlər. Məsələn, 1 manat müəyyən bir miqdar rus rubluna bərabər götürülür və ixracatçı Rusiyaya satdığı malların əvəzini rus rublu ilə almış olur. Aldığı Rusiya valyutasını öz ölkəsinin Mərkəzi Bankında dəyişərək manata çevirir. Daha sonra isə, Azərbaycan həmin rus valyutası ilə Rusiyadan idxal edəcəyi malların haqqını ödəyir. Beləliklə iki ölkənin xarici ticarətində dollar və ya avro kimi xarici valyutaların funksionallığı aradan qalxmış olur.

Dolayısıyla, xarici ticarətdə xarici maliyyə ehtiyacları aradan qalxır, idxal-ixrac həddinin daha yüksək səviyyələrə çatdırılması, xarici ticarətdə ödəmələrin başqa ölkə və qurumlara ehtiyac qalmadan öz Mərkəzi Bankımız vasitəsilə həyata keçirilməsi təmin edilir. Bu isə istər iqtisadi və istərsə də siyasi baxımdan ölkə adına ciddi qazanc əldə edilməsi deməkdir. Ölkələrin Mərkəzi Bankları arasında SWAP razılaşmalarının əldə edilməsini və bununla da qarşılıqlı ticarətin milli valyutalar ilə icra edilməsini ümumilikdə təqdirə layiq saymaq olar. Bu vəziyyət ölkələrin valyuta ehtiyatlarında tədricən dolların payını müəyyən qədər azalda bilər.

Dollarsız xarici ticarətin dünyada bir sıra nümunələrini də görə bilərik məsələn, Çin ilə Braziliya, Türkiyə ilə Çin, Rusiya ilə İran arasında dollarsız ticarət həyata keçirilir. Bundan əlavə, ikitərəfli və çoxtərəfli barter sövdələşmələri də mövcuddur. Yəni, dəyərinə görə ekvivalent olan malların, xidmətlərin, intellektual mülkiyyətin mübadiləsi. Barter sövdələşmələrində pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur, eyni qiymətli qarşılıqlı göndərilən malların və xidmətlərin sayı, yaxud tərəflərin tədarükünü həyata keçirəcəyi məbləğ qeyd olunur.

Vüsalə Əhmədova: “Bu gün nəzəri olaraq ifadə etsək, dünyada Bitcoin-in bünyəsindəki 900 trilyon dollarlıq virtual iqtisadiyyatın yalnız 70 trilyon dollar real qarşılığı var”.

Həmçinin, son dövrlərdə dünyada dolların yerinə keçə biləcəyi düşüncəsi ilə kriptovalyutalara böyük ümidlər bəslənməkdədir. Onu deyim ki, hal-hazırda kriptovalyutalarla bağlı vəziyyət bir qədər qeyri-müəyyəndir. Kriptoresursların faktiki istifadəsi əsasən qeyri-qanuni və maliyyə spekulyantlarının istəyinə bağlı ciddi dalğalanmalar göstərərək, bazar qiymətindən tamamilə qopmuş halda davam etməkdədir. Bu gün nəzəri olaraq ifadə etsək, dünyada Bitcoin-in bünyəsindəki 900 trilyon dollarlıq virtual iqtisadiyyatın yalnız 70 trilyon dollar real qarşılığı var. Balans 830 trilyon dollarlıq virtual kəsirə malikdir.

Yenə də nəzəri olaraq qeyd etsək, 900 trilyon dollarlıq virtual əməliyyat həcminə malik olan virtual pulun 1%-nin nağda çevrilməsi istənsə, 9 trilyon dollarlıq nəhəng likvid pula ehtiyac yaranacaq. Digər tərəfdən də, kriptovalyutaların kağız pulun yerinə keçə biləcəyini də istisna edə bilmərik. Kriptovalyutalar dövlətlərin pul emissiyası üzərində inhisarını aradan qaldıra bilər. Bu halda ABŞ-ın dollar monopoliyasının tarixə çevriləcəyini də gözləyə bilərik.

Yaxın gələcəkdə ABŞ valyutasının məğlubiyyətə düçar olacağı və ölkələrin tam olaraq Bitcoin-ə keçəcəyi haradasa mümkündür. Təbii ki, bütün bu proses göründüyü kimi sadə deyil, bunun üçün uzun bir zaman və əmək tələb olunur. Kriptovalyutaların tənzimlənməsini həyata keçirəcək yeni qanun layihələrinin hazırlanmasına, vergi islahatlarının aparılmasına, yeni hökumət idarələrinin və ümumən yeni tədavül sisteminin yaradılmasına ehtiyac var.

Nəzərinizə çatdırım ki, ABŞ hökuməti artıq gizli kriptovalyutalar əldə etməyə başlayıb və onları digər ölkələrlə kölgə tranzaksiyaların icra edilməsinə sərf edəcəyi görünür.

ABŞ-ın embarqo tətbiq etdiyi ölkələrin sayı getdikcə artır. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) embarqo siyahısında faktiki olaraq 6300 özəl şirkət mövcuddur. Amerikanın təzyiqi ilə bəzi böyük şirkətlər sanksiyalar tətbiq edilən ölkələrin bazarlarından çəkilmək məcburiyyətində qalırlar. Bu isə həmin şirkətlərə və dolayısıyla AB ölkələrinə və eləcə də ABŞ-a iqtisadi cəhətdən öz mənfi təsirini göstərməkdədir. Xüsusilə, sanksiyaların genişləndirilməsi iri Amerika şirkətlərinin rəqabət qabiliyyətinə də mənfi təsir göstərir.

Vüsalə Əhmədova: “ABŞ-ın embarqo tətbiq etdiyi ölkələrin sayı getdikcə artır. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) embarqo siyahısında faktiki olaraq 6300 özəl şirkət mövcuddur”.

Sanksiyaların genişləndirilməsinin Amerika investorlarına zərər verəcəyi ilə bağlı xəbərdarlıq hətta ABŞ Maliyyə Nazirliyinin qapalı hesabatında da yer almışdı. Rəsmi Vaşinqton tərəfindən hər dəfə yeni tariflərin tətbiq edilməsi ABŞ-ın ÜDM həcmini ciddi şəkildə azaldır.

Daha öncə də qeyd etdiyim kimi, bütün bunlara rəğmən Amerika iqtisadiyyatını çökməyə qoymayan qarşılıqsız dollar emissiya etməsidir. Loru dildə desək, istədiyi qədər dollar çap edir və hər şeyi satın alır. Hələ 70-ci illərdə dolların qızıla indeksasiya edildiyi dövrlərdə ABŞ-ın sahib olduğu qızılın böyük bir qismi ölkə xaricinə axırdı. Bunun səbəbi isə ABŞ-ın xarici ticarət kəsirinin sürətlə artması idi. O dövrkü prezident Richard Nikson problemdən çıxış yolu olaraq 1971-ci ildə dolları varlıq olmaqdan çıxardı və bir öhdəlik, bir borc sənədi vəziyyətinə gətirdi.

Limitsiz dollar çapından dolayı hazırda ABŞ-ın xarici ticarət kəsiri və dünyaya ödəmək məcburiyyətində olduğu borc sənədlərinin miqdarı son dərəcə yüksəkdir. Bu vəziyyət həm ABŞ, həm də digər dünya ölkələri üçün problemə çevrilməyə başlayıb. Bu səbəbdən də, hazırda prezident Donald Trump başda olmaqla ABŞ-da təkrar qızıl standartına keçmə təklifini irəli sürənlərin sayı az deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar