Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Maliyyə sanksiyalarından silah kimi istifadə olunması Çin üçün yeni stimul yaradır və Çinlə birlikdə digər ölkələr də onlara qarşı tətbiq edilə biləcək maliyyə sanksiyalarının təsirini minimuma sala bilmək üçün yollar axtarırlar…

“Toyo Keizai” nəşri, Yaponiya, 10 may, 2022-ci il
Müəllif: Howard Davies

“Rəqəmsal yuan”ın yayğınlaşması getdikcə daha çox reallığa çevrilir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə bu prosesə daha ciddi təsir göstərməyə başlayıb…

Maliyyə sisteminin görünməmiş militarizasiyası

Kremlin Ukraynada başlatdığı müharibədən və özlərinin də müharibəyə cəlb edilmələrindən ehtiyat edən Qərb hökümətləri Kremlə qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndiriblər. Doğrudur, Rusiyaya qarşı sanksiyaalr müharibədən əvvəl də tətbiq olunurdu, lakin indi bu sanksiyaların əhatə dairəsi çox-çox genişləndirilib.

ABŞ və müttəfiqləri Rusiya Mərkəzi bankının ehtiyatlarının böyük hissəsinə sanksiya tətbiq edərək bu vəsaitləri dondurublar. Həmçinin bir sıra Rusiya banklarının beynəlxalq pul köçürmə sistemi olan SWIFT-ə girişi qadağan olunub. Bu proseslərdə dünya “desvifting” adlı yeni bir termini də öyrəndi və dünya maliyyə sistemi əvvəllər görünməmiş bir silaha çevrildi.

Hələlik Rusiya əleyhinə tətbiq olunan bu qadağaların Putin rejiminə və onun yürütdüyü siyasətə nə qədər təsirli və effektli olduğunu söyləmək çətindir. Lakin bütün halalrda bu sanksiyaların zamanla Rusiya iqtisadiyyatına ağır ziyan vuracağı da şübhə doğurmur.

Bu arada Kremlin aqressiv siyasətinə qarşı Qərb sanksiyaları təkcə əsas hədəf olan Rusiya və Belarusa təsir etmir, eyni zamanda başqa ölkələr də özlərinə sual verirlər ki, gələcəkdə onların da hökümətləri ABŞ-ın “qırmızı xəttini” keçərlərsə, dollar üzərində qurulan beynəlxalq maliyyə sistemindən kənarlaşdırıla bilərlərmi? Səudiyyə və Çin siyasətçiləri artıq çoxdan ABŞ-ın maliyyə “silahının” qarşısında aciz olmalarından narahatdırlar.

SWIFT-in yeni Çin versiyası yaradıla bilər

Mən bilmirəm, Çin dilində “desvifting” termininin ekvivalenti var ya yox. Lakin Çin Xalq Bankının keçmiş rəhbəri Çjou Syaoçuan ABŞ sanksiyalarının Çin üçün yarada biləcək risklərdən danışırdı və bundan qorunmaq üçün yuanın dünya bazarlarında istifadısinin genişləndirilməsini vacib hesab edirdi. Bəzi ekspertlər də hesab edirlər ki, əgər Çin Tayvana qarşı hər hansı addımlar atarsa, Pekin anoloji sanksiyalarla üzləşəcək.

Son illər Çin höküməti bu riski önləmək üçün bəzi addımlar atıb. Misal üçün, ÇXR beynəlxalq pul köçürmələrini həyata keçirmək üçün SWIFT-lə eyni formatda olan öz sistemini (CIPS) yaradıb və hazırda öz ticarət tərəfdaşlarına beynəlxalq pul köçürmələrində yuandan istifadə etməyə çağırır. CIPS sürətlə inkişaf edir və onun işində iri Qərbin nəhəng bankları da iştirak edir. Lakin Ukrayna müharibəsi başlayarkən CIPS-n dövriyyəsi SWIFT-in dövriyyəsinin ancaq 1%-ni təşkil edirdi.

Əgər SWIFT-dən kənarlaşdırılan Rusiya bankları bu sistemə qoşulsalar, onda CIPS-in əməliyyatları artacaq. Bütün bunlara baxmayatraq, CIPS-in pul köçürmə həcmi çox kiçik olduğuna görə beynəlxalq pul köçürmə sistemində elə də böyük dəyişiklik olmayacaq. Ona görə də hazırda CIPS dünya hegemoniyasına sahib olan Qərb ödəmə sistemi üçün elə də təhlükə yaratmır. Lakin “rəqəmsal yuan”ın inkişaf etdirilməsi bu sistemə daha ciddi təhlükə yarada bilər.

Qərb niyə rəqəmsal valutadan çəkinir?

Hazırda bor çox ölklərin Mərkəzi Bankları rəqəmsal valyutanın tətbiqi üzərində çalışırlar və bu sahədə nəqd ödəmələrdən demək olar ki, istifadə etməyən İsveç daha irəli getsə də, Çin özünün nəhəng iqtisadiyyatı ilə bu sahədə liderlik edir.

AvropaABŞ-ın Mərkəzi bankları rəqəmsal valyutalarla bağlı ehtiyatlı mövqe sərgiləməkdədirlər. Rəqəmsal valyuta ilə bağlı texniki problemlərdən başqa məxvilik problemi də var ki, bu problem daha ciddi görünməkdədir. Çünki sərf etdikləri bütün vəsaitlərin Mərkəzi Bank tərəfindən idarə olunması vətəndaların xoşuna gəlməyə bilər. Bu məsələ Çin Mərkəzi Bankı üçün isə elə də əhəmiyyət daşımır.

Bu yaxınlarda Huver İnstitututunun hesabatında göstərilidi ki, rəqəmsal yuanın geniş yayılması “avtoritar hakimiyyətlərin həddindən artıq güclənməsinə səbəb olacaq”. Buna görə də Qərbdə hesab edirlər ki, rəqəmsal valyutanın beynəlxalq təsir məsələsi daxili nəzarət məsələsindən daha önəmlidir.

Rəqəmsal valyuta sahəsində Çinin liderliyi yuanın ölkə xaricindəki istifadəsini böyük həcmdə genişləndirə bilər və Çinin “Bir kəmər, Bir yol” layihəsi hazırda Çin milli valyutasının əhatə dairəsini daha da genişləndirir.

Ukrayna müharibəsinin başlamasından az öncə yayımlanan Huver İnstitututunun hesabatında həmçinin bildirilirdi ki, Pekin, dünya ticarət axınlarında “rəqəmsal yualnlaşdırma”ya nail ola bilsə, onda ABŞ-ın maliyyə sanksiyalarından istifadəsinin effektliliyi azalacaq. Qeyd edək ki, ABŞ özəl kriptovalyutaların yaranmasında ciddi rol oynayıb. Bu spekulyativ alət ayrı-ayrı təcrübəli dəlduzlara daha çox qazanmaq imkanı verir. Buna baxmayaraq Çin daha ucuz kriptovalyutaları ilə bu fiziki və hüquqi şəxslər arasndakı ödəniş sistemində liderlik edir və bu da real sektorda öz rolunu oynamaqdadır. Yəqin ki, ABŞ-a bu təcrübədən dərs çıxarmaq lazım gələcək.

Dolların “ölümü” haqda kəhanətlər artıq dəfələrlə sələndirilib. Bu da həqiqətdir ki, dünya valyuta ehtiyyatlarında dolların həcmi 2020-ci ildə 71% idisə, hazırda bu həcm 60% təşkil etməkdədir. Ona görə də, dolların sonunun gəlməsi ilə bağlı işarətlər az olsa da, hazırda tendensiya dəyişməkdədir. Maliyyə sanksiyalarından silah kimi istifadə olunması isə Çin üçün yeni stimul yaradır və Çinlə birlikdə digər ölkələr də onlara qarşı tətbiq edilə biləcək maliyyə sanksiyalarının təsirini minimuma sala bilmək üçün yollar axtarırlar. Bu isə dünya maliyyə sistemi üçün ciddi və uzun müddətli nəticələr doğura bilər.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İntihara cəhd edən direktorun məktəb macərası: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?

Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq

Hafiz Hacıyev: "Gülər xanım idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir"

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı 

Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib - Yenilənib

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Yenilənib

Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi

İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

İlham Əliyev Laçında “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub

Azərbaycanda ilk: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - Video

Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub

Ən çox oxunanalar