Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Doğum günləri özlərinin iştirakı olmadan qeyd edilən qəhrəmanlarımız

Bu gün Vətən Müharibəsinin Biləsuvar rayonundan olan iki şəhidinin doğum günüdür.

“Report”un Muğan bürosu xəbər verir ki, onlardan biri rayonun müharibəsinin ilk şəhidlərindən biri - Abıyev İlkin İslam oğludur.

Şəhid İlkin Abıyev 18 yanvar 1995-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ilin iyul ayından Göygöl rayonunun Toğana kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2015-ci ildə hərbi xidmətini başa vurub. 2017-ci ilin oktyabr ayından Daşkəsən şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş kimi hərbi fəaliyyətə başlayıb.

İlkin Abıyev Vətən müharibəsində Daşkəsən rayonu istiqamətində gedən ağır döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun nəşi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb. Göstərdiyi qəhrəmanlıqlara görə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Bu gün doğmaları İlkin Abıyevin məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Baloğlanlı Elşad Elşən oğlu yaşasaydı, bu gün 19 yaşını qeyd edəcəkdi.

Elşad Baloğlanlı 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Ona verilən tapşırıqların öhdəsindən uğurla gəlib. Lakin ağır döyüşlərdən birində düşmən gülləsinə tuş gəlib.

Şəhidimiz 18 noyabr 2020-ci il tarixində kənd qəbiristanlığında torpağa tapşırılıb. O, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Bu gün şəhidimizin məzarını ziyarət edən doğmaları və tanışları onun ruhuna dualar oxuyublar, Elşadla bağlı xoş xatirələrini bölüşüblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Biləsuvar rayonu Vətən Müharibəsində 69 şəhid verib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə...

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

Ən çox oxunanalar