Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Doğrudanmı Paşinyan Ermənistanı Qərbə bağlamağı düşünür?..

Baxmayaraq ki, ən müxtəlif KİV-lər hələ də guya Ermənistan müxalifətinin Paşinyan hakimiyyətinə qarşı "B” planının olmasından yazır, bu ölkədən reportajlar – tele və video süjetlər göstərir ki, müxalifətin ümidləri doğrulmadı, bəzi politoloqların proqnozları hələ ki təsdiqlənmədi, çünki İrəvanda möhtəşəm mitinq alınmadı və bir çoxları belə qərara aldı ki, erməni müxalifətinin həddən ziyadə şişirtmələrinə inanmağa dəyməz. Məsələ bundadır ki, əhalinin əksəriyyətinin mövqeyi tamam başqadır, onlar belə hesab edir ki, Nikol Uinston Çörçill olmasa da, hər halda, Koçaryan və sarqsyanlardan az oğurlayır.

Doğrusu, bu bizi çox sevindirir. Biz hələ bilmirik bu cür qiymətləndirmələr erməni reallığını nə qədər dolğun əks etdirir, amma bütün onlar belə deməyə əsas verir ki, bizim qonşuluğumuzdakı cəmiyyət tamam-kamal, ümidsiz xəstə cəmiyyət deyil və onlar bir vaxtlar ən müxtəlif psixo-analitiklərin, ən çox da K.Q.Yunqun yazdığı kollektiv patologiyların əsirinə çevrilməyiblər.

Amma nöqtəni qoymaq da hələ tezdir. Politoloqlar və siyasi analitiklər hələ də Paşinyanın avro-ehtiraslarından yazmaqda davam edirlər, onun Moskvaya necə kələk gəlməyə cəhd etməsindən və eləcə də Kremlin də onu daha etibarlı adamla əvəz etmək cəhdlərindən bəhs edirlər.

Fəqət, düşünürük ki, burada bir az şişirtmə var. Birincisi, dəfələrlə yazmışıq ki, Moskva istəsəydi, Paşinyan hakimiyyətini çoxdan devirər və onu başqa siyasi qüvvə ilə əvəz edərdi. Amma Ermənistanın siyasi palitrasını Kreml hamıdan yaxşı bilir və Moskvanın öz standartlarına daha çox cavab verən yeni lider üzərində işləməyə nə həvəsi, nə də ki, vaxtı var. Həm də Paşinyanın Dağlıq Qarabağ razılaşmaları zəminində istefası gülünclük olardı və bu o demək olardı ki, Ermənistna cəmiyyəti və siyasi qüvvələri bu razılaşmaları qəbul etmir. 

Əlbəttə ki, N.Paşinyanın siyasi keçmişi tamam unudulmayıb və güman ki, o da ürəyinin dərinliyində düşünür ki, Ermənitanın siyasətini Qərbə istiqamətləndirmək daha yaxşı olardı.

Amma məsələ bundadır ki, Qərb də Ermənistan siyasətinin, xüsusən də ounu regional yönümünün dəyişməsini istərdi. Onlar tet-a-tet görüşlərdə bunu dəfələrlə çatdırıblar. Başa düşmək lazımdır ki, Qərb də Karlo ata deyil və öz tərəfdaşlarına onların problemlərinin həllini necə gördüyünü çatdırır. 

İndiki vəziyyətdə isə Dağlıq Qarabağ problemində elə bir şey edilməyibdir ki, o, Qərbin qəzəbinə səbəb olsun: Madrid və Kazan prinsipləri də Azərbaycan ərazilərinin azad olunmasını nəzərdə tutur və bundan sonra kommunikasiyaların açılmasını planlaşdırırdı. Ona görə də sual yaranır: axı Qərb nəyə etiraz edəcək? Doğrudanmı, onlar bir vaxt özlərinin də bəyan etdikləri məsələlərə etiraz edəcəklər? 


İkincisi, Qərbin problemləri bunsuz da bəs qədərdir. Düşünürsünüz ki, onlar Ukrayna və ya Gürcüstan münaqişələri haqqında az fikirləşirlər? Əlbəttə ki, yox. Bu problemlər onları daha çox qayğılandırır, nəinki Qarabağ problemi və səmimi olsaq, gərək etiraf edək ki, Fransa və ABŞ kimi ölkələrin Dağlıq Qarabağla bağlı çabaları daha çox onların erməni əsilli seçiciləri, erməni diasporaları ilə bağlıdır. Əks təqdirdə onlar hətta qımıldanmazdılar. Amma erməni diasporunun tələblərilə hərəkət etmək də düzgün deyil, çünki bu da acı nəticələrə gətirib çıxara bilər – axı ABŞ və yaxud da Fransa "böyük Ermənistan” yaratmaqçün Cənubi Qafqazın xalqlarını qırmalı deyillər! Bəli, onlar erməni diasporlarının istəyilə heç də "böyük Ermənistan” yaratmalı deyillər, çünki ermənilər eyni uğurla elə onların öz ərazilərində də bunu yaratmaq eşqinə düşə bilərlər, necə ki, bunu hətta Rusiya ərazisində, Şimali Qafqazda tələb etməkdən heç də utanıb-çəkinmirlər...
 
Hüseynbala Səlimov (qaynarinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

Ən çox oxunanalar