Bazar ertəsi, 03 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Doğrudanmı Azərbaycanda işsizlərə dövlət yardımı Gürcüstandan genişdir?

Bəxtiyar Hacıyev: "Gürcüstanda bu ailə 6 ay ərzində təxminən minimum 1500-2000 AZN yardım alır, işıq, su, qaz, digər kommunal xərclərdən 3 ay azad olur"...

Gürcüstan mövzusunu bağlamaq istəyirdim, amma bu gün Operativ Qərargahın brifinqində prezidentin köməkçisi hörmətli Şahmar müəllim deyib ki, bizdə işsizlərə verilən yardım Gürcüstandan daha genişdir. Şahmar müəllimin icazəsi ilə bir sadə misalda yoxlayaq.

Gürcüstanda və Azərbaycanda eyni ailə tərkibli iki ailə düşünək:

Nənə və baba pensiya alır, ata yeni işini itirib və ana işsizdir, VAZ2107 maşını olan oğul da yeni işini itirib və adına 2 sot torpaq olan gəlinləri var, bir də 6, 8, 12 yaşında 3 övladları. Övladlarından birinin əlilliyi var.

Gürcüstanda nənə və baba hərəsi pensiyalarda 25-30 lari artım görür. Ata yeni işini itirdiyinə görə 1200 lari, ana işsizliyə görə 600 lari alırlar. Oğul işini yeni itirdiyinə görə 1200 lari, yoldaşı işsizliyə görə 600 lari alır. Aztəminatlı ailə olduqlarına görə ortalama 236 lari, 3 və daha çox uşağlı ailə olduqlarına görə əlavə 100 lari, əlilliyi olduğuna görə 625 lari alacaq (40 min insan üçün 25 milyon lari ayrılıb).

Gürcüstanda bu ailə 6 ay ərzində təxminən minimum 1500-2000 AZN yardım alır, işıq, su, qaz, digər kommunal xərclərdən 3 ay azad olur, ailənin bank krediti varsa, 3 ay kreditləri dondurulur.

Azərbaycanda nənə və baba pensiya artımı görmür, ata işsizliyə görə ayda 190 manat alır, yoldaşına vermirlər, çünki həyat yoldaşı artıq yardım alır. Oğul yardım ala bilmir, adına VAZ2107 olduğuna görə, yoldaşı ala bilmir, adına torpaq olduğuna görə. Uşaqlar 15 yaşa çatmadığına görə işsiz sayılmır və əlavə ödəniş olmur, səhv etmirəmsə, əlillərə də sırf pandemiyaya görə əlavə yardım edilmir. (Səhvim varsa, düzəldin).

Azərbaycandakı ailədən bir nəfər sırf pandemiyaya görə 6 ay ardıcıl 190 manat alsa, 1140 AZN yardım almış olur. 9 nəfərlik bu ailə aylıq çox yox, 40 manat işıq, su, qaz və digər kommunal ödənişləri ödəsə, 240 manat da belə gedir. Bankdan ata işləyəndə 1000 manat kredit götürüblərsə, işsiz qaldığı müddətdə bu kreditin ödənişi də dayanmır.

4 milyona yaxın əhalisi olan Gürcüstanda pandemiyaya görə iqtisadi yardım paketinin həcmi 3.5 milyard lari, təxminən 2 milyard manatdır, 10 milyon əhalisi olan Azərbaycanda isə 2.5 milyard manat.

Doğrudanmı Azərbaycanda işsizlərə dövlət yardımı Gürcüstandan genişdir?

Bəxtiyar Hacıyev

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müddət sentyabrın 1-dək uzadıldı – Baş Nazirdən qərar

Zirəddin Rzayevin koronavirus proqnozu düz çıxdı - Daha nələr olacaq?

“Özünü müxalifət adlandıranların Ramiz Mehdiyev klanına işlədikləri daha aydın görünür”

"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"

Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır – Bir fotonun izi ilə

Müdafiə Nazirliyi Polad Həşimovun şəhid olduğu yerlə bağlı məlumat yaydı

Paşinyandan etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - Video

Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər?

Koronavirus nə üçün yaradıldı? - Sensasion açıqlama

Rusiya-Belarus sərhədində faktiki hərbi vəziyyət hökm sürür, hər iki tərəf postlar qurur - Fotolar

loading...

Ən çox oxunanalar