Çərşənbə axşamı, 19 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Distantdan əyani formaya keçən təhsil... - Şagirdləri hansı çətinliklər gözləyir?

Şagirdlər il yarımlıq distant təhsilin qaydalarından asanlıqla çıxa biləcəklər?...

Təhsil eksperti: “2020-ci ilin mart ayından pandemiyanın mövcud olması və dərslərin distant formaya keçməsi ənənəvi qaydada dərslərin bərpa olunması dövründə şagirdlərin məktəbə adaptasiya olmasında müəyən çətinliklər törədəcək. Şagirdlərin məktəbə uyğunlaşması ən azından 1-2 həftə vaxt alacaq”.

“Distant təhsil şagirdlərdə bir qədər arxayınlıq yaratmışdı. İndi isə müəllimlərin tapşırıqları yoxlaması, tapşırıqlara nə qədər riayət olunmasının yoxlanılması şagirdlərdə marağı azalda bilər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi bu gündən Azərbaycanda ənənəvi qaydada məktəblərin açılmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başladı. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Bildiyimiz kimi il yarım şagirdlər distant formada təhsil alırdı. İndi təhsilin distant formadan əyani formaya keçməsi şagirdlər üçün hansı çətinliklər yaradacaq?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Əgər biz dərslərin daimi olaraq ənənəvi qaydada olmasını istəyiriksə, bu zaman pandemiya qaydalarına da riayət etməliyik”.

Hal-hazırda ölkədə 460 mindən çox şagirdin, 150 mindən çox da müəllimin məktəbə getdiyini bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, məktəblərdə yoluxma hallarının artması ehtimalı var:

“Dərslərin ənənəvi qaydada başlaması birinci siniflərdə adaptasiya baxımından çətinlik törədir. 15-20 gün vaxt lazımdır ki, birincilər məktəbə, auditoriyaya, müəllimə, şagird yoldaşlarına uyğunlaşsın.

2020-ci ilin mart ayından pandemiyanın mövcud olması və dərslərin distant formaya keçməsi ənənəvi qaydada dərslərin bərpa olunması dövründə şagirdlərin məktəbə adaptasiya olmasında müəyən çətinliklər törədəcək. Şagirdlərin məktəbə uyğunlaşması ən azından 1-2 həftə vaxt alacaq. Bu problemin qarşını almaqda həm müəllimlər, həm də valideynlər maraqlı olmalıdır.

Distant təhsil şagirdlərdə bir qədər arxayınlıq yaratmışdı. İndi isə müəllimlərin tapşırıqları yoxlaması, tapşırıqlara nə qədər riayət olunmasının yoxlanılması şagirdlərdə marağı azalda bilər. Buna görə də düşünürəm ki, müəllimlər az tapşırıq verməyə üstünlük verməlidirlər. Tədricən tapşırıqları artırmaq lazımdı. Həmçinin də həvəsləndirici yarışların təşkil olunması şagirdlərdə bu çətinliklərin aradan qaldırılmasında müəyən qədər rol oynaya bilər.

Elçin Əfəndi: “Valideynlər pandemiya qaydasına riayət etməlidir ki, şagirdlərimiz dərslərini ənənəvi formada davam etdirə bilsinlər”.

Əgər biz dərslərin daimi olaraq ənənəvi qaydada olmasını istəyiriksə, bu zaman pandemiya qaydalarına da riayət etməliyik. Bu məsələdə də təkcə müəllimlər, məktəb heyəti məsuliyyət daşımalı deyil. Eyni zamanda valideynlər də məsuliyyət daşımalıdırlar. Valideynlər pandemiya qaydasına riayət etməlidir ki, şagirdlərimiz dərslərini ənənəvi formada davam etdirə bilsinlər.

Bildiyimiz kimi bu gündən etibarən ölkəmizdə fəsil dəyişikliyi baş verəcək. Hər fəsil dəyişəndə də biz mövzunu xətləliklərin, xüsusilə qripin artığını müşahidə edirik. Bu kimi halların qarşısını almaq üçün də məktəbdə maskadan istifadə etmək mütləq vacibdir. Hal-hazırda ölkədə 460 mindən çox şagird, 150 mindən çox da müəllim məktəbə gedir. Bu da ciddi rəqəmlərdir. Buna görə də yoluxma hallarının artması ehtimalı var. Yoluxma hallarında artım olmasın deyə mütləq şəkildə pandemiya qaydalarına riayət etməliyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

 Ermənistanda gərginlik: Bu dağ Azərbaycanın nəzarətinə keçdi   

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Ohanesyan: “Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək”

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Bakıda "Prado" polisi vurub öldürdü - Hadisə anının videosu

Atası Kəramətlə görüşdü, fotosunu paylaşdı - Fotolar

Ərdoğanın qudası və “Bayraktar”ın yaradıcısı vəfat etdi

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

İrəvan xanlığının varisindən şok çağırış: "Nə qədər ki, gec deyil..."

ABŞ-ın müdafiə naziri Qafqazda “3+3” platforması ideyasının üstündən xətt çəkdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay