Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Direktorların peşəkarlıq səviyyəsi olduqca aşağıdır” – Təhsil eksperti

Orta məktəblərdə direktorların müəllimlərdən pul yığması kimi neqativ halların qarşısı illərdir niyə alına bilmir?

Kamran Əsədov: “Təəssüf ki, hal-hazırda Təhsil Nazirliyi hətta adi test imtahanı nəticəsi ilə belə bu qədər ciddi posta qəbul həyata keçirir”.

“Məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizliklik qaydalarına nəzarət etmirlər”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov orta məktəblərdə direktorların müəllimlərdən pul yığmsı kimi neqativ halların illərdir qarşısının alına bilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktorlarından birini qanunsuz şəkildə müəllimlərdən pul yığdığı üçün işdən çıxarılması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Məlumata görə Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırıb. Nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.

Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.

Təhsildə bu kimi neqativ halların qarşısın almaq üçün işdən çıxarılma nəticəsi olan üsuldur? Həmçinin illərdir davam edən və qarşısı alına bilməyən bu problemin qarşısını necə almaq olar?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Baş verən hadisələr Təhsil Nazirliyinin vəzifəsinin öhtəsindən gəlmədiyini təsdiq edir. Onlar məktəblərə nəzarət edə bilmirlər”.

Bu gün orta məktəblərdə buraxılış və qəbul imtahanlarının nəticəsinin təhsil nazirliyinin və orta məktəblərin nəticəsi olmadığını vurğulayan təhsil eksperti bildirib ki, bu repititorların və hazırlıq kurslarının nəticəsidir:

“Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.

Dünyanın ən yaxşı təhsil sistemlərindən olan Avstraliyada məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya özündə müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik) və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir.

Amma ölkəmizdə direktorların peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Hansısa 2-3 aylıq bəsit təlimlərlə direktor yetişdirilə bilməz. Təəssüf ki, hal-hazırda Təhsil Nazirliyi hətta adi test imtahanı nəticəsi ilə belə bu qədər ciddi posta qəbul həyata keçirir. Yəni hal-hazırda mərhələsi test imtahanı mərhələsidir. Bu imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Bundan başqa onların dünya görüşü ilə bağlı, kurukulum biliklərin yoxlayan, İKT bacarıqlarını müəyyən edən test tapşırıqları təqdim olunur.

Bu üsulla direktor təyinatının həyata keçirilməsi əlbətdə ki, effektiv olmayacaqdı.

Kamran Əsədov: “Baş verən hadisələr orta məktəb direktorlarının təhsil müəssisəsinə rəhbərlik edə bilmədiyini, məktəb psixoloqunun öz vəzifəsinin öhtəsindən gələ bilmədiyini göstərir”.

Təəssüflər olsun ki, məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizliklik qaydalarına nəzarət etmirlər. Onsuzda bu gün orta məktəblərdə buraxılış və qəbul imtahanlarının nəticəsi təhsil nazirliyinin və orta məktəblərin nəticəsi deyil, bu repititorların və hazırlıq kurslarının nəticəsidir. Onların üzərinə orta məktəblərdə təhlükəsiz tərbiyə vermək düşür ki, onlar onun da öhtəsindən gələ bilmirlər.

Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərin-də şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.

Baş verən hadisələr orta məktəb direktorlarının təhsil müəssisəsinə rəhbərlik edə bilmədiyini, məktəb psixoloqunun öz vəzifəsinin öhtəsindən gələ bilmədiyini göstərir.

Ümumiyyətlə təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.

Kamran Əsədov: “Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir”.

Baş verən hadisələr Təhsil Nazirliyinin vəzifəsinin öhtəsindən gəlmədiyini təsdiq edir. Onlar məktəblərə nəzarət edə bilmirlər.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün bu təklifləri irəli sürürəm:

1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır.

2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.

3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.

4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar