Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Direktor olmaq istəyələr üçün seçim komissiyası... - Bu komissiya korrupsiya üçün “açıq qapı” ola bilərmi?

Direktor olmaq üçün imtahan verən namizədlər sonradan Təhsil Nazirliyinin seçim komissiyasından keçməli olurlar...

Təhsil eksperti: “Düşünürəm ki, direktorların işə qəbulunda hər iki mərhələnin olması vacibdir. Çünki ola bilər hər hansı bir şəxs imtinanı yaxşı verə bilər, amma onun ümumdünyagörü, psixologiyası, idarəetmə qabilliyyəti və digər amillər direktor olmaq üçün yetərli olmaz”.

“Əgər bir şəxs korrupsiya ilə işlə təmin olunmaq istəyirsə, yaxud da hər hansı bir şəxs namizəddən ödəniş alıb onu işlə təmin etmək istəyirsə, bu istənilən halda baş verəcək. Yəni bu bir növ vicdan məsələsidir”.

Bu sözləri təhsil-ekserti Elçin Əfəndi direktor olmaq istəyən namizədlərin Təhsil Nazirliyinin seçim komissiyasından keçməsini PİA.az-a şərh edərkən qeyd edib.

Direktor olmaq üçün imtahan verən namizədlər sonradan Təhsil Nazirliyinin seçim komissiyasından keçməli olurlar. Məsələyə münasibət bildirən Təhsil naziri Emin Əmrullayev deyib ki, məktəb direktoru olmaq üçün uyğunluq çox önəmlidir: “Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük, çünki onlar müəllim kimi çox yaxşı iş görürlər. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik. Ona görə də hazırda bu istiqamətdə müəyyən işlər görülür. Yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək”.

Nazir bildirib ki, regional təhsil idarələri direktorların seçimində müəyyən rol oynayacaqlar: “Bu, az şagird kontingenti olan məktəblər üçün keçərli olacaq”.

Lakin əldə etdiyimiz məlumatlara görə məhz Təhsil Nazirliyinin yaratdığı seçim komissiyasında diretorların seçilməsi ilə bağlı korrupsiya halalrı artmaqdadır və bu korrupsiyanı da əsasən Regional İdarələr həyata keçirməkdədirlər. Təhsil Nazirliyində direktorların seçimi ilə bağlı yaradılan komissiyaların fəaliyyəti nə qədər şəffafdır və ümumiyyətlə bu yeni sistemi doğru hesab etmək olarmı? Bu seçim komissiyaları əslində direktor təyinatında korrupsiya üçün “açıq qapı” kimi görünmürmü?

Direktorların işə qəbulu məsələsini PİA.az-ın əməkdaşı təhsil-eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Bizdə böyük çoxluq təşkil edən insanlar müsahibə mərhələsinin uyğun olmadığını düşünürlər. Halbuki, bu vacibdir”.

Hər bir şəxs məsələyə vicdanla yanaşarsa, bu zaman korrupsiya məsələsinin də olmayacağını düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, qanunvericiliyə tələblərinə uyğun olaraq, yaxud da Təhsil Nazirliyinin, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq direktorluğa namizədlər imtahanlardan sonra müsabiqələrdə iştirak etməlidirlər:

“Aydın məsələdir ki, direktorların işə qəbul imtahanı ilə keçirilir. Müvafiq komissiyalar vasitəsilə də müsabiqələr keçirilir. Hər iki mərhələ üzrə uğur qazanan namizədlərlə əmək müqaviləsi bağlanılır və onlar müvafiq ərazilər üzrə təyinatlar alırlar. Mən düşünürəm ki, direktorların işə qəbulunda hər iki mərhələnin olması vacibdir. Çünki ola bilər hər hansı bir şəxs imtinanı yaxşı verə bilər, amma onun ümumdünyagörü, psixologiyası və digər amilləri direktor olmaq üçün yararsız olar. Bu da müvafiq komissiya vasitəsilə yoxlanılıb, üzə çıxarılmalıdır.

Nədənsə, müsahibə mərhələsində çox adam qaçır. Amma xarici ölkələrin təcrübəsində bəzən imtahan yox, insanları birbaşa müsahibədən sonra işə qəbul edirlər. Burada şəxsin təkcə qiymətləndirilməsi deyil, onun mövcud vəziyyətə, böhra vəziyyətə hazırlığının olub-olmaması, onun idarəetmə qabiliyyətinin hansı həddə olması amilləri yoxlanılır. Bizdə isə böyük çoxluq təşkil edən insanlar müsahibə mərhələsinin uyğun olmadığını düşünürlər. Halbuki, bu vacibdir.

Əgər bir şəxs korrupsiya ilə işlə təmin olunmaq istəyirsə, yaxud da hər hansı bir şəxs namizəddən ödəniş alıb onu işlə təmin etmək istəyirsə, bu istənilən halda baş verəcək. Yəni bu bir növ vicdan məsələsidir. Hər bir şəxs məsələyə vicdanla yanaşarsa, bu zaman korrupsiya məsələsi olmaz. Mövcud qanunvericiliyə tələblərinə uyğun olaraq, yaxud da Təhsil Nazirliyinin, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qanunlara uyğun namizədlər imtahanlarda iştirak etməlidirlər.

Elçin Əfəndi: “Elə təhsil müəssisələri də var ki, orada direktorlat saxta diplomla çalışır. Yaxud da direktor müavinlərinin ümumiyyətlə ali təhsili yoxdur”.

Azərbaycanda müəyyən məktəblər var ki, orada şagird sayı 500-dən azdır. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən həmin məktəblərə direktorların işə qəbulu həyata keçiriləcək. Ümumiyyətlə ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdən 900-ə yaxını direktor idarə etmir. Elə təhsil müəssisələri də var ki, orada direktorlat saxta diplomla çalışır. Yaxud da direktor müavinlərinin ümumiyyətlə ali təhsili yoxdur.

Elə məktəblər də var ki, direktor yaş həddinə çatıb, amma vəzifədən getmək istəmir. Adam 70 yaşı haqlayır müasir dövrün tələblərinə cavab verə bilmir, müasir innovasiya ilə uyğunlaşa bilmir, müasir informasiya-texnologiyalar sistemindən anlayışı yoxdur, amma kiminsə hesabına, yaxud da korrupsiya verərək kreslosunda oturub. Müvafiq olaraq həmin insanlar vəzifəni zəbt edib. Hətta bəziləri özləri gedirsə, övladını yerinə təyin edir. Bu kimi amillər təəssüflər olsun ki, var. Bunun üçün də bütün cəmiyyət mübarizə aparmalıdır. Həmin şəxslərin vəzifədən uzaqlaşdırılmasına çalışılmalıdır.

Bir daha qeyd edim ki, direktorların işə qəbulunda hər iki mərhələnin keçirilməsi vacibdir. Onlar abituriyent deyil ki, deyək qəbul imtahanı verdi, biliyi yoxlanıldı və imtahandan keçdi. Bu direktorların işə qəbuludur. Burada minimal götürsək 50-100, maksimal götürsək 2000-3000 şagirdin həyatının, təhsilinin, sağlamlığının, təhlükəsizliyinin hansısa bir idarəçiyə verilməsi söhbəti var. O şəxs elə bir şəxs olmalıdır ki, ümumi idarəetməni yaxşı bilsin, liderlik xüsusiyyətlərinə sahib olsun, kollektivlə işləməyi bacarsın, böhran vəziyyətinə düşdüyü zaman oradan çıxış məsələlərini bilsin. Bunlar hamısı vacibdir. Buna görə düşünüərm ki, mövcud müsabiqə daha ədalətli və qanunauyğundur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar