Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Direktor generalı "bel qırmaq"da ittiham edir

"Gömrük orqanlarında aparılan islahatlarla işim yox, amma qanunvericilikdə edilən dəyişiklik barədə mən də bir sahibkar kimi fikrimi bildirmək istəyirəm”

Bunu "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib.

O, bildirib ki, aparılan islahatların tərkib hissəsi kimi Gömrük məcəlləsinə 113-cü maddə əlavə edilib:

"Bu maddəyə əsasən ölkəyə gətirilən "mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Bu bəyannamə vaxtında verilmədiyi halda İnzibati xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə ödəyir".

Ş. Xuduoğlu qeyd edib ki, bu Qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minib. Elə həmin tarixdən də xırda və orta sahibkarların beli qırılıb:

"Mən tarixi nadiri oxumuş adam kimi Qısa bəyannamənin nə olduğunu ilk dəfə gördüm. Bundan əvvəl heç zaman qısa bəyannamə deyən bir sənəd görmədim. Bəyannamə bir sənəddir, onun qısası, uzunu olmur. Və həmin o Bəyannamə sənədi də yük bura gələndən sonra, yol sənədlərinə əsasən gömrük orqanlarına təqdim edilir. O Bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar?

Yükün ölkəyə girməsinin adətən yükdaşıyan firmalar bilirlər, onlar da çox zaman yalnız Bakıya gəldikdən sonra yük sahibinə xəbər verirlər. Bu da əlbəttə artıq gec olur. Və yüzlərlə sahibkar bu qanunun tələsinə düşməklə min beş yüz manat cərimə ödəyir və xeyli miqdarda zərərə düşürlər.

Özümdən bir missal deyim. Məsələn mən kitab gətirirəm. Bu kitabların maya dəyəri adətən min beş yüz manat həndəvərində olur. Maya dəyərindən yüksək olan cəriməni mən və mənim durumumda olan sahibkarlar niyə ödəməlidirlər? Yəni, bu cərimə nəyə əsasən bu qədər yüksək müəyyən edilib?

Və ümumiyyətlə bu nə cərimədir, buna bir ad verən, izahat verən tapılarmı?! Axı, gələn yük harasa yoxa çıxmayıb, nəqliyyat firmasının öhdəliyindədir. Gec-ya tez, bəyan etmə dövlət orqanlarını niyə narahat etməlidir? Bu pul yığmaq üçün bürokratik uydurmaya niyə hüquqi don geydirib orta sahibkarlarını belini qırmaq lazımdır?!”.(Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar