Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Direktor bizdən haqq yığır, deputatın adamıdır…” – Müəllimlər nazirliyin qarşısına yığışıb + Foto / Video

Siyəzən rayonunun 6 saylı məktəb-liseyinin bir qrup müəllimi Təhsil Nazirliyinin qarşısına şikayətə toplaşıb

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirlər. Şikayətçilər direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.

Şikayətçi Elşən Məhərrəmov deyir ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: “Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə elan edilər pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz. Bu kollektiv bezib artıq. Hər ay “fond pulu” adı ilə 50 manat pul alırlar bizdən. Elə müəllimlər var öz cibindən verir. Verməyəndə də, iclas edir, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli, başqa vəzifəlilər durur. Deyir kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var…”

Şikayətçilər deyirlər ki, Təhsil Nazirliyinə müraciətdən sonra direktoru şiddətli töhmətlə cəzalandırıblar. Amma bu onun əməllərinin qarşılığında kiçik cəzadır.

“İyirmi ilin müəllimiyəm, 4 aydır əvəzedici müəllim kimi bu məktəbdə işləyirəm. Yoxlamadan sonra məlum olub ki, direktor məni saxta əmrlə işə götürüb. 4 aylıq maaşım verilməyib. 700 manat və min dollar pul alıb məndən, o pullar da batıb”, - deyə digər müəllim bildirir.

Şikayətçilər deyirlər ki, direktor Yeganə Əliyevanın heç ali təhsili də yoxdur. Buna baxmayaraq 9 ildir ki, məktəbə rəhbərlik edir. Uzun müddətdir ondan şikayət etmələrinə baxmayaraq artıq məktublarına rəsmi qurumlar tərəfindən cavab da verilmir.

Təhsil Nazirliyindən nümayəndə etiraz aksiyası keçirən müəllimlərdən bir neçəsini qəbul edərək bildirib ki, “burada səs-küy salmayın, sizi bir saatdan sonra dinləyəcəyik”.

Şikayətçilər məktəbdəki özbaşınalığa son qoyulmayacağı, rüşvətxor direktorun işdən azad olunmayacağı təqdirdə Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar