Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diqqət: Növbəti sosial evlər sabah satışda olacaq,bunlara əməl edin

Sabah - oktyabrın 15-də saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzillərin onlayn satışı keçiriləcək...

Pia.az xəbər verir ki, bu barədə Lent.az -a danışan Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, ekspert Osman Gündüz bildirib ki, bu dəfə onlayn mənzil seçimində əvvəlki prosedurlardan fərqli yeni bir tələb qoyulub:

"Seçim prosesində iştirak edən istifadəçilər tərəfindən "Seçimlər" mərhələsində "CAPTCHA"dan (simvollardan ibarət avtomatlaşdırılmış kod) istifadə ediləcək. MİDA bununla sistemdən istifadə edənin insan, yoxsa robot (proqram) olmasını müəyyənləşdirmək üçün istifadə edəcək. Bu artıq o deməkdir ki, mənzil seçmək üçün istifadəçi əlavə simvolları da sistemə daxil etməli olacaq və bununla da tələb olunan proseduralar və zaman artacaq. Ümid edirəm ki, istifadəçilər bu prosesi artıq yenilənmiş satış modulunun sınaq (demo) versiyasında sınaqdan keçiriblər".

Ekspert qeyd edib ki, mənzil seçimində uğur qazanmaq üçün iddiaçılar sınaq versiyalardan mümkün qədər çox istifadə etməlidirlər:

"Həmçinin, uduş sansını yüksəltmək üçün, normal kompüter, keyfiyyətli internet və kompüterdə işləmək vərdişləri yetərli olmalıdır. İddiaçıların satış vaxtından bir neçə saat əvvəl "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sisteminə daxil olması tövsiyə olunur. Elektron İmza və ya Asan İmza işlək vəziyyətdə də olmalıdır".

Osman Gündüz son olaraq MİDA-nın bu dəfə də onlayn satış prosesinin sosial mediada və ya televiziyada canlı yayımını nəzərdə tutmamasına təəssüflənib.

pia.az



Şərh yazın.

ELVIN

Qeyd etmək istəyirəm ki, bəzi İT müəssisələrində xüsusi olaraq İT mütəxəsislər hazırlanır ki, onlar da çox sürətlə işləyərək həmin evləri öz müəssisə rəhbərlərinin adlarına və ya onların verdiyi siyahı üzrə olan adlara sənədləşdirirlər ki, bu da adi vətəndaşların bu evlərə yiyələnməsinə əngəl törədir.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar