Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Diqlas”ın sökülməsiylə bağlı komissiya yaradılıb

Bakıda yanan ticarət mərkəzinin sökülməsiylə bağlı müvafiq komissiya yaradılıb

Bu barədə ONA-nın sorğusuna cavab olaraq, Nizami rayon İcra hakimiyyəti başçısının I müavini İldırım Mehdiyev bildirib. O, qeyd edib ki, İqtisadiyyat Nazirliyinin nəzarəti ilə ticarət mərkəzindəki bütün mallar boşaldılıb: “Hal-hazırda söküntü işlərinin həyata keçirilməsinə heç bir maneə yoxdur. İşi yubadan yalnız sahibkarlarla söküntü işlərini həyata keçirən şirkət arasında sənədləşmə işləridir ki, bu işi də mütləq ixtisaslaşmış şirkətlər həyata keçirə bilər. İcra Hakimiyyəti olaraq isə qurumun üzərinə düşən məsuliyyət ərazidə təhlükəsizlik tədbirlərini görmək, sakinlərə narahatlıq yaratmadan ağır tonnajlı yük avtomobillərinin əraziyə rahat girib-çıxmasını təmin etməkdir”.

İ.Mehdiyev həmçinin qeyd edib ki, təhlükəsizlik qaydaları ilə bağlı artıq komissiya yaradılıb.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

pia.az


Etiket: “Diqlas”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar