Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplomatik nümayəndəliklərə ayrılmış vəsaitin illik həcmi açıqlandı

Ötən il xaricdəki diplomatik nümayəndəliklərimiz və konsulluqlarımızın fəaliyyətinin maliyyə təminatı üçün ayrılmış vəsaitin həcmi açıqlanıb... 

Modern.az xəbər verir ki, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Hesabatda 2019-cu ildə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinin maliyyə təminatı üçün 104,8 milyon manat və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri üçün 2,7 milyon manat vəsait yönəldildiyi qeyd olunub.

Ümumilikdə isə beynəlxalq fəaliyyət, beynəlxalq maliyyə-kredit təşkilatlarına və ictimai-siyasi təşkilatlara üzvlük haqqı, beynəlxalq və ölkə səviyyəli tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və xarici qrantlar hesabına həyata keçirilən layihələrlə bağlı xərclər üzrə 2019-cu ilin dövlət büdcəsindən 246,7 milyon manat vəsait yönəldilib.

Bu vəsaitin 17,7 milyon manatı Azərbaycan Respublikasının beynəlxalq ictimai-siyasi təşkilatlara (Birləşmiş Millətlər Təşkilatına (BMT), Beynəlxalq Əmək Təşkilatına, Beynəlxalq Telekommunikasiya İttifaqına, Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin Ərzаq və Kənd Təsərrüfаtı Təşkilatına (FAO), Beynəlxalq Аtоm Еnеrjisi Аgеntliyinə, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO), BMT sisteminə aid olan digər qurumlara, proqramlara və konvensiyalara, Avropa Şurası və onun qurumlarına, İslаm Əməkdaşlıq Təşkilatına (OIC) və оnun qurumlаrına, Müstəqil Dövlətlər Birliyinə (MDB), Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna 31 (JINR), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-a, İqtisаdi Əməkdаşlıq Təşkilatına (ECO) və digər təşkilatlara) üzvlüyü ilə bağlı xərclərə, 18,4 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirakla bağlı xərclərin maliyyələşdirilməsinə (Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB), Asiya İnkişaf Bankına (ADB) və İslam İnkişaf Bankına (IDB)) yönəldilib.

pia.az 


Etiket: Diplomat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar