Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dinşünas alim: “8 mart”ın qeyd olunması müsəlmanlar üçün şübhə doğurur

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu bayramın yaranma tarixi ilə bağlı bir çox versiyalar olsa da, hamıya məlumdur ki, 8 Mart ilk dəfə 1911-ci ildə rəsmi olaraq Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə keçirilib. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Bəs kökü xristianlara dayanan, islam dininin yaranmasından əsrlər sonra təsis edilən bu bayramın qeyd edilməsi müsəlmanlar üçün caizdirmi?

Mövzu ilə bağlı Pravda.az-a danışan dinşünas alim Rafiq Əliyev bildirib ki, Beynəlxalq Qadınlar Gününün fahişə Klara Setkinin təklifi ilə təsdiqləndiyini nəzərə alanda bu bayramın qeyd olunması müsəlmanlar üçün bir az şübhə doğurur: “Belə ki, 8 Mart bayramı islam dininin yaranmasından təxminən 12 əsr sonra təsis edilib. İslam qayda-qanunlarında 8 martla bağlı heç bir söz deyilmir. Nə Qurani-Kərimdə, nə də hədislərdə bu barədə söhbət getmir. Ümumiyyətlə, 8 Mart bayramını qeyd etmək günah hesab edilmir. Lap tutaq ki, bayramla əlaqədar kimsə şənlik keçirir, əgər şənlikdə heç bir pis iş görülmürsə, bu niyə günah sayılmalıdır? Lakin bir nüans var: bayramın yaranma tarixinə nəzər saldıqda fikirlər dəyişir, düşünürük ki, bu bayramı qeyd etmək olmaz. Nəzərə alanda ki, bu bayram fahişə Klara Setkinin təklifi ilə təsdiqlənib, bu müsəlmanlar üçün bir az şübhə yaradır. Bildiyimiz kimi, Klara Setkin, rəfiqəsi Lüksemburq ilə birlikdə fahişələri yığaraq aksiya keçirib və  fahişə qadınların digər qadınlarla eyni hüquqa malik olmağını tələb ediblər. Beləliklə, yaranma tarixinin bu hadisələrə dayanmasına baxmayaraq, artıq adət halını aıdğı üçün bu bayramı uzun illərdir ki qeyd edirik. Yəqin ki, günah sayılmaz”.

R.Əliyevin sözlərinə görə, müasir dövrün böyük müctəhidlərindən olan Ayetullah Xamenei, Ayetullah Sistani və digərlərinin bu məsələ ilə bağlı dedikləri indi heç bir əhəmiyyət kəsb etmir: “Çünki müctəhidlərin heç birinin islamın adət-ənənələrinə əlavə etmək hüquqları yoxdur. Nə varsa, Quranda və hədislərdə qeyd olunub. Haqqında Kitabda yazılmayan bayramlar barədə müctəhidlərin haram buyurması düzgün hesab olunmur”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar