Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dini ayinlərin məscidlərdə keçirilməsi real təhlükədir” - Fuad Nurullayev

"Xəstəliklər və bəlalar yayılırsa, biz çox ehtiyatlı olmalıyıq. Bu il tədbirlərin, ayinlərin keçirilməsi təxirə salınıb. Bütün dünyanı bürüyən koronavirus qlobal problemə çevrilib. Bütün ölkələr pandemiya ilə mübarizə aparır. Biz - din xadimləri başa düşürük ki, xəstəliyin daha da yayılmaması üçün müvafiq tədbirlər görülür. Məscidlərdə camaat, cümə namazları və bayram namazları müvəqqəti olaraq təxirə salınıb. Avqust ayının 21-də Məhərrəm ayı daxil olur, 30-da isə Aşuradır. Bu mərasimlər həmişə kütləvi şəkildə qeyd edilib, insanlar toplum formasında məscidlərə yığılıblar".

PİA.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib ki, hazırda bu mərasimin məscidlərdə keçirilməsi məqsədəuyğun deyil. Bu, virusun yayılması baxımından real təhlükə yaradır. Bu il insanlar ayinləri, ibadətləri öz evlərində keçirə bilərlər və buna heç bir maneə yoxdur. Əsas məsələ odur ki, qəlbimiz Allahımızla olsun. Dua edək ki, Allah bu bəlanı xalqımızdan, dövlətimizdən, dünyamızdan uzaq etsin və inşallah, növbəti mərasimlərimizi məscidlərimizdə keçirək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar