Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN polis şöbəsində uşağın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə 12 yaşlı oğlan uşağının 20 dəfə polis tərəfindən saxlanılması və hər dəfə də polislər tərəfindən döyülməsi barədə məlumata münasibət bildirib

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ dərhal araşdırılıb.

Qeyd olunub ki, həmin statusu özünü hüquq müdafiəçisi adlandıran Taleh Xasməmmədov yazıb.

“Onun “can yandırdığı” azyaşlı Göyçay şəhərində yaşayan 12 yaşlı Elməddin Nuriyevdir. Atası vəfat edəndən sonra anası onu tam nəzarətsiz qoyub. Nəticədə uşaq şəhərin küçələrində avara həyat tərzi keçirib. Elməddin xırda oğurluqlar törətməkdən belə çəkinmir. Həm sakinlərin müraciəti, həm də bu azyaşlının özünün təhlükəsizliyi ilə əlaqədar o, T.Xasməmmədovun dediyi kimi, 20 dəfə deyil, ondan da çox polisə gətirilib. Hər dəfə də onunla tərbiyəvi, profilaktik söhbətlər aparılıb və rayonun Mutu kəndində yaşayan babasına, əmisinə təhvil verilib. O ki qaldı 12 yaşlı uşağın polislər tərəfindən döyülməsinə, Taleh Xasməmmədov tam yalan danışır. Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? Əgər ona qarşı polisdə hər hansı bir təzyiq olsaydı, “hüquq müdafiəçisi”ndən əvvəl uşağın babası, əmisi hüquq-mühafizə orqanlarına müraciət edərdilər. Əksinə, o, hər dəfə şöbəyə gətiriləndə ona qayğı göstərilib, onunla tərbiyəvi söhbət edilib. O da bundan sonra həmişəlik babasının yanında qalacağına, oğurluq etməyəcəyinə söz verib. Lakin bir neçə gündən sonra Elməddin yenidən küçələrdə peyda olub. Ona görə də Taleh Xasməmmədova məsləhət görərdim ki, gündəmdə qalmaq üçün şər-böhtandan istifadə etməkdənsə, getsin başqa metod tapsın”, – deyə məlumatda bildirilib.

pia.az


Etiket: DİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar