Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN İmişlidə baş verən qətllə bağlı məlumat yayıb

İmişli şəhər sakini Validə Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı Ayşən Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.

Qeyd edək ki, Qətlə yetirilən qadının əri Məmmədov Ümüdvar Mustafa oğlu meyiti aparan maşının Anar adlı sürücüsünü bıçaqlayaraq ağır xəsarət yetirib.

Sonuncu İmişli rayon Xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin baş vermə səbəbi qətlə yetirilən qadının bir evdə yaşadıqları qaynı arvadının başqası ilə görüşməsindən xəbər tutması olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar