Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən sosial şəbəkələrlə bağlı xəbərdarlıq: “Sərt tədbirlər görüləcək”

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə guya Qəbələ rayonunun Nic kəndində bayram günü atəşfəşanlıq olması və bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edən bir qrup şəxsin həmin kəndə hücum edərək sakinləri təhqir etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

PİA.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sosial şəbəkələrdə yayılan təxribat xarakterli bu məlumatların yalan və uydurma olduğunu deyib:

"Bildiyiniz kimi Nic kəndində əsrlər boyu azərbaycanlılarla yanaşı, udin millətinin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün azsaylı millətlərin nümayəndələri kimi udinlər də böyük şücaət göstəriblər. Vətən Müharibəsindən sonra həmin kəndin sakinləri olan udinlər işğaldan azad olunmuş ərazilərdəki qədim alban kilsələrini ziyarət edərək dini ayinlər yerinə yetiriblər. Görünür bu kimlərinsə xoşuna gəlmədiyi üçün yalan və uydurma xarakterli məlumatlar yayaraq əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayan millətlərin arasında nifaq salmağa, təxribat törətməyə çalışır. Lakin Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də belə təxribatların qarşısını qətiyyətlə alır. Bildiririk ki, sosial şəbəkələrdə təxribat xarakterli belə məlumatlar yayan şəxslər barəsində hüquqi müstəvidə sərt tədbirlər görüləcək!". (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar