Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən işgəncəyə məruz qaldığı iddia edilən şəxslərlə bağlı açıqlama

Sosial şəbəkələrdə bir qrup şəxsin işgəncəyə məruz qalmasını əks etdirən fotolar yayılıb.

PİA.az-ın məlumatına görə, fotolarda bir qrup şəxsin üzü üstə uzadıldığı, onlardan bəzilərinin çılpaq vəziyyətdə olduğu əks olunub. Fotoları yayanlar görüntünün Azərbaycanda lentə alındığını, həmin şəxslərin işgəncəyə məruz qaldığını iddia ediblər. Başqa bir fotodakı şəxsin isə polis orqanları ilə əməkdaşlıq etdiyi qeyd olunub.

Daxili İşlər Nazirliyi (DİN) fotolara və saxlanılan şəxslərin işgəncələrə məruz qalmasına dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan fotolarla bağlı araşdırma aparılıb: “Məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi ilə yayılıb. Belə ki, həmin fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, görüntülər də ölkəmizdə lentə alınmayıb. Bu fotolar Azərbaycandan kənarda çəkilib. Fotolarda əks olunan Azərbaycan bayrağına gəldikdə, deyə bilərəm ki, onu ora məqsədli şəkildə qoyublar”.

E. Zahidov avtomobilin qarşısında fotosu yayılan şəxsin isə hüquq-mühafizə orqanlarında çalışmadığını bildirib: “Həmin şəxslə bağlı da araşdırma aparılıb. Məlum oldu ki, həmin şəxs Azərbaycan vətəndaşı olsa da, ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir. O rayonlardan birində yaşayır və onun hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsi yoxdur”.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar