Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DİN: Daşkəsəndə itkin düşən şəxslərin axtarışları davam etdirilir

İyul ayının 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi bildirib ki, sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata həyata keçirilir:
"Ehtimal olunur ki, itkin düşən şəxslər dumanı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır".

Qurum rəsmisi qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.

Qeyd edək ki, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib və bir daha geri qayıtmayıblar.
Xatırladaq ki, Daşkəsən rayonunun Alqxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

Futbol matçında insident: Qapıçı buraxılan qola görə komanda yoldaşını döyüb  

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

Ən çox oxunanalar