Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM “Dizayn” ixtisası üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib...

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

DİM-dən PİA.az-a verilən məlumata görə, 2019-cu il 25 noyabr tarixində keçirilən iclasda 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu və proqramı DİM nümayəndələrinin iştirakı ilə bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin ekspertləri tərəfindən müzakirə edilib.

DİM müzakirələrdən sonra qəbul edilmiş qərarların əhəmiyyətini nəzərə alaraq onları bir daha təqdim edib.

2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Mühəndislik Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcəkdir və tapşırığın işlənməsinə 8 akademik saat vaxt verilir.

Kompozisiya fənni üzrə qabiliyyət imtahanında verilmiş mövzuya aid spektrin təqdim olunmuş rəng çevrəsinə uyğun həndəsi fiqurlardan ibarət kompozisiya çəkiləcəkdir və tapşırığın işlənməsinə 6 akademik saat vaxt verilir.

Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.

Qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodik tövsiyələr və digər məlumatlar DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında nəşr ediləcəkdir. DİM-in saytını və bu nəşrləri izləyin.

pia.az


Etiket: DİM

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar